“Azəraqrar” direktoru vətəndaşı dövlətlə üz-üzə qoymağa çalışır - Vətəndaş narazılığı
Hikmət Hüseynov və ətrafı Kənd Təsərrüfatı Nazirliyinin balansından icarəyə verilən torpaqları vətəndaşlardan zorla almaq qərarına gəliblər...Beyləqan rayonundan Poliqon-a daxil olan məlumata görə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi" MMC-nin direktoru Hikmət Hüseynov vətəndaşlara icarəyə verilmiş kiçik əkin sahələrini onların əlindən almaq qərarına gəlib. Hətta Hikmət Hüseynov qanunları heçə sayaraq Mərkəzi Aran Regional İdarəsi rəisi Altay Məmmədovun əli ilə MTK Beyləqan rayon filialı ilə müqavilə bağlamış vətəndaşların müqavilələrini ləvğ etməyə çalışır. Artıq müqavilənin ləvği ilə bağlı MTK Beyləqan rayon filialı müdiri Rüfət Yarıyev vətəndaşları xəbərdar edib.
Şikayətçilər qeyd edirlərki, bütün bu qanunsuzluqların arxasında "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi" MMC-nin direktoru Hikmət Hüseynov, Aran Regional İdarəsinin rəisi Altay Məmmədov və MTK Beyləqan rayon filialı müdiri Rüfət Yarıyev dayanır. Bildirilir ki, adı şəkilən şəxslər bu yaxınlarda nazir Məcnun Məmmədov tərəfindən KTN-dən müşavir vəzifəsindən qovulan “korrupsioner pampıqçı” kimi tanınan Rövşən Həsənovun kadrlardır.

Aran Regional İdarəsinin rəisi Altay Məmmədov
Məlumata görə Hikmət Hüseynov vətəndaşların əlindən aldığı torpaq sahələrində özü pambıq əkərək qazanc əldə etmək istəyir. Həm dövlət büdcəsini həm də öz cibini düşünən Hikmət Hüseynov nədənsə vətəndaşların dolanışığı və rifahı maraqlandırmır. Bu isə Hikmət Hüseynovun atdığı addımın vətəndaşlarla dövləti, hakimiyyəti üz-üzə qoymaqdan başqa bir şey deyil.
Qeyd edək ki, bu fonda Hikmət Hacıyev tək deyil. Artıq Azərbaycanın əksər məmurları çəkinmədən bu davranışları sərgiləyirlər. Onlar üçün əsas məqsəd xalqa və dövlətə xidmət edərək maaşlarını almaq deyil, öz maraqlarını təmin etməkdir. İşin acınacaqlı tərəfi isə odur ki, Azərbaycanda əksəriyyət təşkil edən belə məmurlar bu davranışları ilə vətənə və dövlətə xidmət etdiklərini iddia edirlər və onlara görə, xalqı çörəksiz qoymaq, büdcəni talamaq elə vətənə və dövlətə xidmət etməkdir...
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...
5 dəfə oxundu














