Bakıda təhsil müəssisəinin ərazisində "Moyka" inşa edildi Video görüntülər

Bakıda təhsil müəssisəinin ərazisində "Moyka" inşa edildiElm və Təhsil Nazirliyinin tabeliyində olan “1 nömrəli Uşaq- Gənclər İnkişaf Mərkəzi” Publik Hüquqi Şəxsin ərazisi satılıb. Bu barədə Gundeminfo.com-a daxil olan məlumatda bildirilir ki, Bakı Şəhəri Nəsimi rayonu Səməd Vurğun küçəsində yerləşən təhsil müəssisəsinin ərazisində tikinti inşa edilib.

Məlumatda qeyd edilir ki, dövlət əmlakı hesab edilən və müvafiq olaraq Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin balansında olan “1 nömrəli Uşaq- Gənclər İnkişaf Mərkəzi” Publik Hüquqi Şəxsin ərazisində "Avtoyuma" inşa edilib. "Car wash" adı ilə fəaliyyət göstərən avtoyuma mənətəqəsi təhsil müəssisənin ərazisində yerləşməklə yanaşı, Dövlət Büdcəsi hesabına ayrılan elektrik enerjisi, su təminatı da avtoyuma məntəqəsinə verilir. Redaksiyamıza göndərilən video görüntülərdən də aydın olur ki, "Car wash"-ın ehtiyat su çəni də 1 nömrəli Uşaq- Gənclər İnkişaf Mərkəzinin ərazisində yerləşir.

Araşdırmalar zamanı məlum olub ki, bu təhsil müəssisəsinin rəsmi olaraq təsdiq edilmiş əmlak və əraziyə dair xəritəsi faktiki olaraq dəyişdirilib. 1 nömrəli Uşaq- Gənclər İnkişaf Mərkəzinin Səməd Vurğun küçəsi istiqamətində ərazinin müvafiq hasar sərhəddi "Car wash" adlı avtoyuma məntəqəsi inşa edilməklə pozulub.

İddialarla bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Gundeminfo.com olaraq görüntüləri təqdim edirik:


VİDEONU BURADAN İZLƏYƏ BİLƏRSİNİZ


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
27 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...