"Taxılı satıb, pulunu xərcləyən Fuad Nəcəfli, tutulan Şakir Tarverdiyev..."- 10 milyona azadlıq-ŞOK İDDİA
Bu barədə „Gündəlik Naxçıvan“a sahibkarın yaxınları məlumat veriblər.
Onların sözlərinə görə, tələb olunan məbləğin 3 milyonu rüşvət kimi, 7 milyonu isə dəymiş ziyanın ödənilməsi üçün nəzərdə tutulur:
“Naxçıvan şəhər Prokurorluğu bu məbləği istəyir. Deyirlər ki, dəymiş ziyan 7 milyon manata yaxındır və bu məbləğ geri ödənməlidir. Prokurorluqda dedilər ki, qalan üç milyonu da yuxarılar istəyir. Ad çəkmədilər, yəqin ki, Ceyhun müəllimi nəzərdə tuturlar.
Axı, bu qədər pulu Şakir haradan tapsın? Taxılı satıb, pulunu xərcləyən Fuad Nəcəfli, o vaxtkı baş nazir və digər rəhbərlər olub. Bu yazığa deyiblər ki, taxıl köhnəlir, yerinə təzəsini almaq üçün satılmalıdır. Özləri satıb, özləri də pulu götürüblər. Dəymiş ziyanı da gedib onlardan alsınlar.
Taxılın satılmasına dair qərarı imzalayan, satıb pulu bölüşdürənlər azadlıqda gəzirlər. Heç bir günahı olmayan bu yazığı isə tutublar. O qədər pulu haradan tapsın? Bütün MMC-ni satsa da, o məbləği düzəldə bilməz.”
Şakir Tarverdiyev Naxçıvanın ehtiyat fondunda olan 10 min ton taxılın yeyintisində ittiham olunur. Naxçıvan şəhər Məhkəməsi onu Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edərək barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.
11 dəfə oxundu












