Maxinasiya ustası registrator və podoloq rolunda - Klinikada çalışan Sevda Alibekovnanın tibbdən uzaq əməlləri

Maxinasiya ustası registrator və podoloq rolunda - Fəaliyyəti ölkə paytaxtının seçilən guşələrindən birinə, Məmməd Araz küçəsi, 47 ünvanına bağlı “Pediatriya — 2” kliniksındakı diqqətçəkən və narahatedici vəziyyətlə bağlı iddialar gündəmdədir. Arazpress.com da bu barədə yazılarını dərc edib. Yazılarda qeyd olunduğu kimi, bu klinikada rəsmi olaraq qeydiyyatçı (registrator) kimi çalışan, məqsədinə çatmaq üçün hiyləgərlik, fırıldaqçılıq, gizli və qanunsuz yollarla şübhəli əməliyyatlar, saxtakarlıqlar və ya manipulyasiyalar həyata keçirən, iqtisadi, maliyyə və sənədləşmə işlərində şəxsi mənfəət məqsədilə mövcud qanunlarımızın tələblərini dolanbac yollarla pozan Sevda Alibekovna Kurbanova özünü pasiyentlərə podoloq kimi təqdim edərək, onlara qanunsuz tibbi xidmət göstərir.
Araşdırmalarımız zamanı aydın olur ki, Sevda Alibekovna heç orta tibb işçisi kimi də sertifikasiya imtahanından keçməyib. Nə də, o, tibbi fəaliyyət göstərmək üçün tələb olunan rəsmi icazəyə və ya lisenziyaya malik deyil. Buna baxmayaraq, onun pasiyent qəbul etməsi və tibbi prosedurlar həyata keçirməsi göz qabağındadır.
Diqqət çəkən məqam ondan ibarətdir ki, bu şəxs rəsmi olaraq qeyri-tibbi vəzifədə çalışır. Mütəxəssislər tərəfindən isə belə birisinin faktiki tibbi fəaliyyətlə məşğul olması həm qanunvericiliyin, həm də etik normaların ciddi pozuntusu kimi qiymətləndirilir. İddialara görə, Sevda Alibekovna fəaliyyətini əsaslandırmaq üçün Rusiyadan əldə etdiyi sertifikatlara istinad edir. Lakin qeyri-rəsmi yollarla əldə edə bildiyi bu saxta sənədlər Azərbaycanda hüquqi qüvvəyə malik deyil.
Yuxarıda qeyd olunanlarla yanaşı, Sevda Alibekovnanın “Bee balzam” adı altında mənşəyi məlum olmayan məhsulların satışını həyata keçirməsi də qanunsuz hesab olunur. Bildirilir ki, bu məhsullar qeyri-steril şəraitdə hazırlanır, dövlət qeydiyyatından keçməyib və heç bir tibbi təsdiqə malik deyil. Onların dərman vasitəsi kimi təqdim olunması isə xüsusi narahatçılıq doğurur.
Sevda Alibekovnaya aid qanunsuz
məsələ deyilənlərlə məhdudlaşmır. Onun fəaliyyət göstərdiyi mühitdə sanitar-epidemioloji qaydaların tələbləri daha ciddi şəkildə pozulduğuna görə. Yəni, eyni məkanda stomatoloji xidmətlərin göstərilməsi fonunda dırnaq prosedurları zamanı yaranan aerozolların infeksiya yayma riski daha çox olur. Bu zaman əməliyyatın tərkibində göbələklər və başqa yoluxdurucu mikrobların olması inkarolunmazdır. Çünki stomatoloji xəstələr ağız boşluğunu açarkən, havada olan mikroflora onların sağlamlıqlarına ciddi təhlükə yaradır və sanitar-epidemioloji rejim pozulur. Mütəxəssislər isə daim xəbərdarlıq edir ki, qeyri-ixtisaslı şəxslər tərəfindən həyata keçirilən tibbi müdaxilələr və qeydiyyatsız məhsulların istifadəsi ciddi fəsadlara, o cümlədən, infeksiyalara və digər sağlamlıq problemlərinə səbəb ola bilər.
Qanunvericiliyə görə, Azərbaycanda tibbi fəaliyyət yalnız müvafiq təhsil, sertifikasiya və Səhiyyə Nazirliyinin icazəsi əsasında həyata keçirilə bilər. Bu tələblərin pozulması isə ciddi məsuliyyət yaradır. İctimai sağlamlıqla bağlı belə halların nəzarətsiz qalmasının ciddi risklər doğura biləcəyi danılmazdır. Bu iddialar fonunda aidiyyatı dövlət qurumlarının ortaya çıxan məsələləri təxirəsalınmaz şəkildə araşdırması və hüquqi qiymət verməsi zəruri hesab olunur.
Bir daha nəzərinizə çatdırırıq ki, dırnaq ustası olan Sevda Alibekovna pul hesabına Rusiyadan aldığı sertifikat müqabilində özünü podoloq kimi qələmə verir. Onu da qeyd edək ki, o, belə sertifikatları pul gücünə kimə istəsə ala bilib. Çünki saysız-hesabsız fırıldaqlar və saxtakarlıqlar ustasıdır. Necə ki, saxta və qeydiyyatdan keçirilmədən, o cümlədən, müvafiq qaydada icazə alınmadan dərman vasitəsi kimi “Bee balzam” adı altnda özünün kustar üsulla, qeyri-steril şəraitdə hazırladığı “dərmanların” satışı ilə məşğul ola bilir. Baxmayaraq ki, onun dərman və kosmetik vastiləri istehsal etmək üçün əczaçılıq sahəsində də hər hansı təhsili yoxdur.
Bir də ki, tibb işçilərinin ölkədə tibb fəaliyyətlə məşğul olmağa buraxılması barədə Səhiyyə Nazirliyindən müvafiq şəhadətnamə əldə edilməlidir. Kiminsə özəl tibb fəaliyyəti ilə məşğul olmasında isə, tibb müəssisələrinə verilən lisenziyanın əlavəsində göstərilən ixtisaslardan və işlərdən kənar işlər qanunsuz hesab olunur. Tibb və əczaçılıq fəaliyyətinin həyata keçirilməsi də, Səhiyyə Nazirliyi Kollegiyasının 21.10.2015-ci il tarixli 57 nömrəli qərarı ilə təsdiqlənən “Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması Qaydaları”na zidd ola bilməz. Dövlət qeydiyyatından keçməyən, müvafiq keyfiyyət sertifikatı olmayan dərman vasitələrinin satışı əhalinin sağlamlığını ciddi təhlükəyə məruz qoyur və bu kimi hallara yol verilməsi qəti qadağandır. “Əhalinin sağlamlığının qorunması haqqında” qanunun 46-cı maddəsinin 6-cı hissəsinə əsasən, özəl tibb fəaliyyəti ilə məşğul olmaq üçün müəssisəyə verilmiş lisenziyanın əlavəsində göstərilən işlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir: “Nazirlər Kabinetinin 2007-ci il 13 iyul tarixli, 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması Qaydaları”nın 1.3-cü bəndinə əsasən “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş xüsusi hallar istisna olmaqla, dərman vasitələri yalnız Səhiyyə Nazirliyi və onun səlahiyyət verdiyi qurumu tərəfindən dövlət qeydiyyatına alındıqdan, keyfiyyətini təsdiq edən müvafiq sənəd verildikdən sonra, onun istehsalına, satışına və tibbdə istifadəsinə icazə verilir.
Hesab edirik ki, əhalinin sosial rifahının yaxşılaşdırılması, sağlamlığının qorunması, hər bir vətəndaşın fiziki və ruhi sağlamlığının mühafizəsi, tibbi yardımla təminatına yönəldilmiş tibbi-sosial xarakterli islahatlar və dövlət proqramlarının uğurlu icrası bu sahənin ölkədə prioritet məsələlər sırasına qaldırılmasının bariz nümunəsidir. Buna görə də, Sevda Alibekovna Kurbanova adlı şəxsin qanunsuz fəaliyyəti və dərman satışı məsələsi araşdırılmalı və o, qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməlidir.
Bəli, bütün özəl klinikalarda özlərini həkim kimi qələmə verən və qeyri-qanuni tibbi fəaliyətlə məşğul olan şəxslərin fəaliyyətlərinin araşdırılması zəruridir. Ona görə də, səhiyyə təşkilatları və digər dövlət qurumlar bu məsələyə çox ciddi yanaşmalıdırlar. İnsanların sağlamlığinı saxtakarların müdaxiləsindən qorumaq lazımdır.
Xatırladırıq ki, qanunsuz tibbi fəaliyyət göstərən və dərman satışı ilə məşğul olan Sevda Alibekovna Kurbanova da, Arazpress.com-da barəsində şok yaradan yazılar dərc etdiyimiz və Qubanın qara ləkəsi kimi qələmə verdiyimiz Alibek Kurbanovun başçılıq etdiyi cinayətkar şəbəkənin üzvüdür. O da, bu şəbəkə xətti ilə qurulan cinayət ssenarili oyunların fəal iştirakçısıdır. Onun davranış və fəaliyyətində manipulyasiya üsulları da planlı şəkildə hökm sürür. Buna görə, onun mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsini və barəsində ciddi tədbirlərin görülməsini vacib hesab edirik.
Yazının davamı olacaq.
ARAZPRESS.com



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
6 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...