Xətai rayonunda növbəti tikinti qalmaqalı: Ağacları kim kəsir, qurumlar niyə susur? - VİDEO

Xətai rayonunda növbəti tikinti qalmaqalı: Xətai rayonu, Əliağa Şıxlınski küçəsi 40 ünvanında aparıldığı bildirilən tikinti işləri ilə bağlı redaksiyamıza narahatedici məlumatlar daxil olub. Məlumata görə, sözügedən ərazidə tikinti aparılması üçün çoxsaylı ağaclar kəsilib və yaşıllıq sahəsinə ciddi ziyan vurulub.
Sakinlər haqlı olaraq sual edirlər: Dövlətin aidiyyati qurumlar hara baxır?Fövqəladə Hallar Nazirliyi tikintinin təhlükəsizlik və normativ tələblərə uyğunluğunu yoxlayırmı? Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bu tikintidən xəbəri varmı? Əmlak Məsələləri üzrə aidiyyəti qurumlar və Xətai Rayon İcra Hakimiyyəti bu prosesdən xəbərdardırmı?Tikinti qanunsuz aparılırsa, onda bu özbaşınalığa niyə göz yumulur? Ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin araşdırma aparmasına ciddi ehtiyac yaranıb.Daxil olan məlumatlarda iddia olunur ki, tikinti prosesinin arxasında Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevin dayandığı bildirilir. Bu, ciddi iddiadır və aidiyyəti qurumlar tərəfindən araşdırılmalıdır. Qeyd edək ki, hazırda bu iddianın rəsmi təsdiqi yoxdur və qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
11 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...