Bakı şəhəri 93 №-li məktəbin direktorunun qara bazarı - Şagirdlərin sinifdə saxlanılması...

Bakı şəhəri 93 №-li məktəbin direktorunun qara bazarı - Bu günlərdə sosial şəbəkələrdə və mediada təhsil sistemi üçün üz qarası olan məlumata rast gəldik. Sən demə bu oyunbazlığı törədən Bakı şəhəri 93 nömrəli məktəbin direktoru, hər addımda fəxrlə Bakı Təhsil İdarəsinin müdiri Nərminə Hüseynovanın can sirdaşı, ən yaxın rəfiqəsi olan Xalidə İbrahimova imiş.
Hadisə necə ifşa olunub? Məktəbin yekun qiymətləndirməsində qeyri-kafi qiymət alan şagird Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış imtahanından 5 qiymət alıb. Təəccüb doğuran bu halın sadə anatomiyası belədir. Hansı şagirdlər direktorla razılaşaraq rüşvət hesabına dərsə gəlmir onun illik qiymətləri yaxşı və əla olur. Kim derektorun müqəddəs siyahısından kənar repetitor yanına gedirsə, rüblük və illik qiymətləri aşağı olur və ya direktorun qəzəbinə uğrayır, sinifdə qalmaq təhlükəsi ilə üzləşir. Həll yolu sadədir, valideyn əl-ayağa düşür, direktorla dil tapan tələdən qurtulur. Dil tapmaq dedikdə bu elə-belə deyil, valideyn minlərlə manatından keçməlidir.
Görün Azərbaycan Texniki İntitutunun məzunu olan Xalidə İbrahimova BŞTİ-nin müdiri ilə nə qədər yaxındır ki, ötən dərs ilində Bakı şəhəri 42 nömrəli məktəbin direktorluğu da ona tapşırıb. Məlumata görə məktəb direktoru, müavin və digər vəzifələrə təyinat məsələlərində Xalidə İbrahimova BŞTİ-nin müdiri Nərminə xanımın ən etibarlı vasitəçisidir. Bu səbəbdən o qədər maddi zənginlik qazanıb ki, agentlikdə və idarədə heç kimi saymır. 42 nömrəlı məktəbin əvvəlki direktoru Firəngiz Həmidova nə qədər əzazil, rüşvətxor olsa da, Xalidə İbrahimova onun əməllərinə rəhmət oxutdurur.
Vaxtilə Təhsil Nazirliyində çalışan, Mikayıl Cabbarovun təmizləmə əməliyyatı zamanı Nazirlikdən uzaqlaşdırılan Xalidə İbrahimova BŞTİ-də işlədiyi dövrdə məktəb direktorlarını, indi isə müəllim, şagird və valideynləri cana yığıb.
Məlumata görə MÜTDA direktoru Eşqi Bağırov bir neçə dəfə onu zərərsizləşdirmək istəsə də, Xalidə İbrahimova Nazirlikdəki dayaqları vasitəsilə və Nərminə xanımın yuxarı rəhbərlikdən dəstək alaraq göstərdiyi müqavimətlə Agentlik rəhbərinin qərarını bərtəraf etməyi bacarıb.
Xalidə İbrahimova o qədər hökm sahibidir ki, istədiyi zaman BŞTİ müdirinin yanına girə bilir, başqa direktorların göndərdiyi sərvətlər də onun vasitəsilə ünvanına çatdırılır. Ad günləri və adi görüşlərdə Nərminə Hüseynova ilə çəkdirdiyi məhrəm foto və video görüntülər isə onun yaxınlığa dair and yerinə çevrilib. Yeni müştərilərə göstərir, onların inamını qazanır və iş həll etmək potensialını sərgiləyir.
Bu qədər hökm sahibi olan məktəb direktoru üçün hansısa şagird və müəllimin taleyi ilə oynamaq kiçik məsələdir. Adamın yuxarıların qara kassası, etibarlı kadrı kimi gözü ayağının altını görmür. Ayağının altında qalanların canı çıxsın prinsipi ilə irəli, ancaq irəli... Qarşıda qandal görünür. Təkmi, cütmü? Dostları ayırmaq günahdır.(tehsilmedia.info)





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
47 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...