"Mən vaxtında Təhsil İnstitutu rəhbərliyinə "Pandorra yeşiyini açırsınız" deyə xəbərdarlıq etmişdim" - ŞİKAYƏT

"Mən vaxtında Təhsil İnstitutu rəhbərliyinə "Pandorra yeşiyini açırsınız" deyə xəbərdarlıq etmişdim" - "Azərbaycan Respublikasının Təhsil İnstitutuna qarşı MİQ 2025 Tarix imtahanında qüsurlu sualların etibarsız hesab edilməsi və qanun pozuntularına hüquqi qiymət verilməsi tələbilə iddiamıza İnzibati Məhkəmədə hakim Miminat Hacıbəyova tərəfindən baxılır..

Paralel olaraq MİQ 2026 imtahanında yenə eyni iddia ilə çıxış edirik və bu dəfə işə Ləman Musayeva baxacaq. Həmçinin məndə olan dəqiq məlumatlara görə artıq bütün ölkə üzrə yüzlərlə şəxs sertifikasiya imtahanından narazı qaldığı üçün İnzibati məhkəmələrə axışır.
Mən vaxtında Təhsil İnstitutu rəhbərliyinə "Pandorra yeşiyini açırsınız" deyə xəbərdarlıq etmişdim.

Hələ onları gözləmədikləri çox sürpriz gözləyir.. Etdikləri qanunsuzluqlara, məni saymadıqlarına görə Prokurorluqda cavab verəcəklər..

Elə bu arada Azərbaycan Respublikası Ali Məhkəməsində bu sahədə hüquqi boşluğu aradan qaldıran Plenum Qərarı qəbul edildi...Buna qədər İnam müəllimə məhz burada deyilən məsələləri hüquqi əsaslandırdığım azı 5 məktubum olub. Bu onu göstərir ki, dövlət rəhbərliyi bu məsələdən xəbərdardır..
Məhkəmələrdə dövlət orqanı bu məsələnin məhkəmə predmeti olmadığı və onların diskression səlahiyyətlərə aid olduğunu deyirdi. İndi bu Plenumdan sonra onların olan qalan müdafiə səddi də darmadağın edildi.."
"Mən vaxtında Təhsil İnstitutu rəhbərliyinə "Pandorra yeşiyini açırsınız" deyə xəbərdarlıq etmişdim" -
"Mən vaxtında Təhsil İnstitutu rəhbərliyinə "Pandorra yeşiyini açırsınız" deyə xəbərdarlıq etmişdim" -
"Mən vaxtında Təhsil İnstitutu rəhbərliyinə "Pandorra yeşiyini açırsınız" deyə xəbərdarlıq etmişdim" -


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
4 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...