Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
![ Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA -](/uploads/posts/2024-11/1732691915_1732691476_0001.jpg)
S.Vəliyev Pravda.az-a açıqlamasında deyib ki, universitetlə bağlı əmrləri vermək onun səlahiyyətləri xaricindədir.
“Universitetdə rektor var, əmri də o verir. Baş vermiş hansısa struktur dəyişikliyi rotasiya xarakteri daşıyır, burada başqa nə məsələ ola bilər ki? Təbii ki, Samirə xanım yeni vəzifəyə təyin olunub. Kafedra müdirinin müavinidir”.
Deputat son vaxtlar Odlar Yurdu Universitetinin rektoru sabiq millət vəkili, professor Əhməd Vəliyevin səhhətində problem yarandığı üçün universitetə nəzarətin Samir Vəliyevin özü tərəfindən həyata keçirilməsinə də aydınlıq gətirib: “Xeyr, yalan söhbətdir, elə bir məsələ də yoxdur”.
Xatırlatma: Samir Vəliyev Odlar Yurdu Universitetinin Müşahidə Şurasının sədridir.
211 dəfə oxundu