"Yenes" şirkətinin sahibinə ölkədən çıxış məhdudiyyəti qoyulub

"Yenes" şirkətinin sahibinə ölkədən çıxış məhdudiyyəti qoyulub
"Yenes" şirkətinin sahibinə ölkədən çıxış məhdudiyyəti qoyulub.

Vayuta.az-ın məlumatına görə, şirkətin sahibi, əslən Yardımlı rayonunda anadan olan 1971-ci il təvəllüdlü Hüseyn Cəfərov Fərəc oğlu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə verilib.

Hüseyn Cəfərovun məhkəməyə verilməsinin səbəbi sözügedən idarəyə 2548,82 manat məbləğində vergi borcunun 5 gün ərzində ödəməməsidir.

Məhkəmənin qərarı ilə, "Yenes" şirkətinin icra orqanının rəhbəri Hüseyn Cəfərovun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
87 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...