Təhsilin keyfiyyətinə görə region ölkələrinin siyahısı
Azərbaycan təhsilin keyfiyyətinə görə region ölkələri arasında son sıralarda yer alıb.
Yeniavaz.com dünyanın nüfuzlu tədqiqat jurnallarından biri hesab olunan “CEOWORLD”a istinadən bildirir ki, 93 ölkənin yer aldığı reytinq siyahısında Azərbaycan 69-cu sırada qərarlaşıb.
Təhsilin keyfiyyətinə görə Azərbaycan reytinq siyahısında yer alan 10 keçmiş SSRİ və region ölkələri arasında 9-cu sırada yer alıb.
Keçmiş SSRİ və region ölkələri arasında təhsilin keyfiyyətinin ən yaxşı səviyyədə olduğu ölkə Estoniya hesab olunur. Estoniya 93 ölkənin yer aldığı reytinq siyahısında 31-ci yerdə qərarlaşıb.
“CEOWORLD”un reytinq siyahısında yer alan keçmiş SSRİ və region ölkələrinin siyahıdakı mövqeyi və balları belə olub:
31 – Estoniya (60 xal);
32 – Latviya (60 bal);
36 – Rusiya (58,7 bal);
37 – Litva (58,4 bal);
39 – Gürcüstan (57,9 bal);
53 – Türkiyə (53,4 bal);
55 – Qırğızıstan (52,6 bal);
62 – Qazaxıstan (51 bal);
69 – Azərbaycan (47 bal);
86 – Türkmənistan (31,9 bal).
Təhsil keyfiyyətinin ən yaxşı səviyyədə olduğu ölkələrin ilk 5-liyində Böyük Britanita, ABŞ, Avstraliya, Niderland və İsveç qərarlaşıb.
Reytinq siyahısının sonunda yer alan 5 ölkə isə Botsvana, Myanmar, Liberiya, Mərkəzi Afrika Respublikası və Liviya olub.
Qeyd edək ki, reytinqləri müəyyən etmək üçün “CEOWORLD” jurnalının tədqiqatçıları 16 göstərici üzrə 93 ölkənin təhsil səviyyəsini təhlil ediblər. Qiymətləndirmə 100 ballıq sistemlə aparılıb.
Təhlillər əsasən aşağıdakı göstəricilər üzrə aparılıb:
İcbari təhsil sisteminin vəziyyəti;
Təhsildə dövlət xərcləri (ÜDM-yə nisbəti əsasında);
Universitetə qəbul olmaq ilə bağlı göstəricilər;
Tədqiqat müəssisələrinin sayı;
Universitetin maliyyələşdirilməsi və ianələr;
İxtisas təcrübəsi və universitet-sənaye əlaqələri;
Ali təhsil müəssisələri qlobal reytinqlərdə yeri.
88 dəfə oxundu