Bakı-Tbilisi-Bakı qatarı apreldən fəaliyyətə başlayır? (AÇIQLAMA)

Bakı-Tbilisi-Bakı qatarı apreldən fəaliyyətə başlayır?

Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpası ilə bağlı müzakirələr aparılır. Məsələ ilə bağlı Gürcüstanın Baş naziri İrakli Kobaxidze açıqlama verib. O deyib ki, sözügedən mövzu Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirə olunub.

"Azərbaycan səfəri çərçivəsində biz bu mövzuda Prezident İlham Əliyevlə müzakirə apardıq. Ölkəmizə göstərdiyi diqqətə görə ona şəxsən təşəkkür etmək istəyirəm. Təbii ki, ölkələrimiz arasında yüksək mobilliyin olması prinsipial əhəmiyyət daşıyır”, - Kobaxidze deyib.

Qeyd edək ki, mətbuatda qatarın aprel ayında fəaliyyətə başlayacağı barədə xəbərlər yayılıb.

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov deyib ki, Bakı-Tbilisi sərnişin qatarının istifadəyə verilməsi ilə bağlı müzakirələr bütövlükdə Azərbaycan-Gürcüstan arasında həm səfərlərin sayının artmasına, həm də vətəndaşların quru yoldan istifadə etməklə qarşılıqlı səfər imkanı deməkdir:

"Sözsüz, nəzərə alsaq ki, Azərbaycan üçün bütövlükdə təhlükəsizlik və eyni zamanda vətəndaşlarımızın təhlükəsizliyi, eyni zamanda qonşu, dost ölkələrlə əməkdaşlığın gücləndirilməsi prioritetdir, bu konteksdən dəmir yolu nəqliyyatının bərpa edilməsi həm birmənalı şəkildə iki ölkə arasında turizm imkanlarının genişləndirilməsinə imkan verəcək, eyni zamanda nəzərə alsaq ki, gələn aydan turizm mövzsümü başlayır bu da öz növbəsində həm Gürcüstan vətəndaşlarının Azərbaycana gəlməsini, həm də azərbaycanlıların Gürcüstana və bu ölkə üzərindən digər xarici ölkələrə səfərinə müsbət təsir göstərəcək. Ona görə gözlənilir ki, bu həm ölkəmizə turist axınına, həm də xarici səfərlərə öz təsirini göstərəcək. Bu istiqamətdə aparılan müzakirələr iki ölkə arasında yaxınlıq səviyyəsii göstərməklə yanaşı, həm də bütövlükdə bu istiqamətdə turizm imkanlarından daha geniş istifadə imkanlarına gəlir".

Xatırladaq ki, Gürcüstan və Azərbaycan paytaxtları arasında sərnişin qatarlarının hərəkəti koronavirus pandemiyası səbəbindən 2020-ci ilin martın 14-dən dayandırılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
69 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...