Şəhid atası İH-də özünü niyə bıçaqlayıb? - şok məqamlar

Şəhid atası İH-də özünü niyə bıçaqlayıb? -
Şəhid atası Fuad Abbasovun Sabirabad Rayon İcra Hakimiyyətinin binasında özünə xəsarət yetirməsinin detalları bəlli olub.

"Gundeminfo" Axar.az-a daxil olan məlumata görə, Fuad Abbasov fevralın 19-da İH-yə müraciət edərək, hamilə qızının Bakı şəhərindəki “Bona Dea” hospitalında müayinəsi üçün pul tələb edib. Bu zaman o, tələbini həmin klinikanın həkimi Bəhruz Əliyevin tövsiyəsi ilə əsaslandırmağa çalışıb. Amma həm həkim Bəhruz Əliyevlə, həm də F.Abbasovun qızı ilə əlaqə saxlanıldıqda, onların ikisi də müayinədən xəbərsiz olduqlarını bildiriblər.

F.Abbasov bir gün sonra – fevralın 20-də icra başçısının rəsmi qəbuluna gəlib, bu zaman narkotik vasitənin təsiri altında RİH-in binasına daxil olaraq, icra başçısının ünvanına təhqiramiz ifadələr işlədib, şantaj və hədə-qorxu gəlməyə başlayıb, sonra isə cibindəki bıçaqla öz qarın nahiyəsinə yüngül xəsarət yetirib. İcra başçısının köməkçisi Mirzağa Hümbətov bıçağı onun əlindən almağa cəhd etdikdə, F.Abbasov onun baş nayihəsinə də yüngül xəsarət yetirib.

F.Abbasov tibbi xidmət göstərilməsi üçün Sabirabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb və orada müayinə zamanı xəsarətin yüngül olduğu müəyyən edilib.

F.Abbasovun hərəkətlərinə hüquqi qiymət verilməsi məqsədi ilə müvafiq akt tərtib edilib və baxılması üçün rayon Polis Şöbəsinə göndərilib.

Məlum olub ki, F.Abbasov narkotik aludəçisidir və əvvəllər də mühakimə olunub. Belə ki, o, 1992-ci ildə oğurluq etdiyinə görə məhkum edilib, 2023-cü ildə isə CM-nin 128-ci maddəsi (adam döymə) ilə barəsində cinayət işi açılıb və narkotik vasitələrin istifadəçisi kimi CM-nin 206-cı maddəsi ilə cərimə olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
119 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...