Sumqayıtda Reabilitasiya Mərkəzində baş verən yanğın söndürüldü - VİDEO

Sumqayıtda Reabilitasiya Mərkəzində baş verən yanğın söndürüldü -
Sumqayıtda üçmərtəbəli tikilinin sonuncu mərtəbəsində baş vermiş yanğın genişlənərək digər mərtəbələrə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Gundeminfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, yanğın nəticəsində ümumi sahəsi 540 kvadratmetr olan tikilinin taxta konstruksiyalardan ibarət üçüncü mərtəbəsi əşyaları ilə birgə 180 kvadratmetr sahədə yanıb.

Tikilinin birinci və ikinci mərtəbələri yanğından mühafizə olunub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
60 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...