Fuad Nağıyev nələr edib? - Əmiraslanov şok faktları sadaladı

Fuad Nağıyev nələr edib? -
Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyevə şiddətli töhmət verilməsi bu qurumla bağlı müzakirələr yaradıb.

Gundeminfo.az xəbər verir ki, Azərbaycan Milli Kulinariya Assosiasiyasının sədri Tahir Əmiraslanov agentliyin ünvanına sərt fikirlər səsləndirib.

“Dövlət Turizm Agentliyinin rəhbərliyinin niyə Milli Kulinariya Mərkəzini iflic vəziyyətinə salması, Milli Kulinariya Assosiasiyasına daim təzyiq göstərməsi, Ermənistana bu sahədə yol açıb, revanşa imkan verməsi, bu sahədəki QHT-lərin işinə qanunsuz müdaxilə etməsi, özünə QHT yaratması, dövlətin bu sahədəki qələbələrinin heçə endirilməsi, brendləşən festivalların ləğvi, Kulinariya Şöhrəti Muzeyinin dağılması, Ermənistanın rəsmən düşmən və rasist elan etdiyi, Azərbaycan Prezidentinin etimad göstərib təltif etdiyi bir şəxsə qarşı düşmənçilik, böhtan kampaniyası, səbəbsiz və təqaüd yaşına bir il qalmış işdən çıxarılması, beynəlxalq təşkilatlara ləkələyici məktublar göndərənlərə arxa durması və s. səbəblərini indi yalnız təxmin etmirik, həm də buna artıq əminik, bunu artıq hamı anlayır”, - deyə o qeyd edib.

Tahir Əmiraslanov dövlət başçısına məlum sərəncama görə təşəkkür edib.

Axar.az

facebook sharing button Sharetwitter sharing button Tweetemail sharing button Emailwhatsapp sharing button Sharesharethis sharing button Share
Bizi inst



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
43 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...