Doğranmış çörəklərlə bağlı xəbərdarlıq

Doğranmış çörəklərlə bağlı xəbərdarlıq
Bir çox qidalarda, xüsusən gündəlik alınan süd və çörək məhsullarında istehsal və son istehlak tarixinin qablaşdırmanın diqqət çəkməyən və uğursuz hissəsində həkk olunması narazılıq doğurur. Xüsusən paketlərdə satılan doğranmış çörəklərin son istifadə tarixinin klipsə yazılması, eləsə də süd məhsullarının bankaların deyil, qapağın üzərinə çəkilən kağıza yazılması məqbul sayılmır.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan qida eksperti Məhsəti Hüseynova bunun istehlakçı hüququnun pozulması olduğunu bildirib:

“Ümumiyyətlə, qida məhsullarının üzərində istehsal tarixi və istifadə müddəti ən vacib hesab olunan məlumatlardandır. Xüsusən saxlanlma müddəti qısa olan məhsullarda son tarix mütləq göstərilməlidir. Uzun müddətli məhsullarda da, eləcə də, premium qidalarda, xarici ölkədən gətirilən ərzaqlarda bu məqamların - son istifadə, istehsal, saxlanılma və s. hamısının olması şərtdir.


Lakin rəf ömrü qısa olan süd, süd məhsulları, çörək məhsullarında mütləq şəkildə son istifadə müddəti açıq-aydın, oxuna biləcək və istifadə olunub bitənədək görünəcək hissədə göstərilməlidir. Məsələn, çörəklərin son istifadə tarixi yapışqanlı, yaxud da paketin ağzını bağlayan klipsdə, yaxud hansısa plastik hissəciyin üzərində yazılırsa, bu, qida təhlükəsizliyi qaydalarının və istehlakçı hüquqlarının pozulması deməkdir. Azərbaycan qanunvericiliyi buna dəqiq və qəti şəkildə əməl olunmasını tələb edir.

Çörəyin tərkibindəki məhsullara görə onun saxlanılma müddəti 48-72 saat arasında dəyişir. Yaxşı olar ki, istehsalçı şirkət bunu klipsin deyil, paketin üzərinə həkk eləsin.

Eləcə də, süd məhsullarında da buna diqqət olunmalıdır. Şüşə bankalarda olan ərzaqların son istifadə tarixi qapağının üstünə örtülən kağıza yox, bankanın üstünə yazsın. Çünki digər halda istehlakçı yüksək risk qrupuna aid olan süd məhsullarının son istifadə tarixini izləyə bilmir”



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
31 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...