Azərbaycanda toy etmək bəy və gəlin üçün 31–64 min manata başa gəlir – Xərclərin siyahısı
Azərbaycanda toy mərasimi keçirmək adətən həm oğlan (bəy) tərəfindən, həm də qız (gəlin) tərəfindən xeyli xərc tələb edir.
Yeniavaz.com xəbər verir ki, ailələrin maddi imkanlarına və bölgələrə görə bu xərclər dəyişir.
Qeyd edək ki, ortalama hesablamalara əsasən ən çox rast gəlinən xərclər və qiymətlər aşağıdakı kimidir:
Bəy (oğlan) tərəfin xərcləri:
- Restoran (150 nəfərlik toy) – 7 500 – 12 000 manat
- Zərgərlik (nişan üzüyü, gəlin üçün qızıllar və s.) – 4 000 – 10 000 manat
- Gəlinlik və salon xidmətləri (bəzən oğlan tərəfi qarşılayır) – 800 – 2 000 manat
- Avtomobilin ("Gəlin maşını") bəzədilməsi və kirayəsi – 300 – 800 manat
- Toydan əvvəl evin təmiri və birgə yaşayış üçün hazırlanması – 3 000 – 7 000 manat
- Bəyin geyimi (kostyum, ayaqqabı, aksesuarlar) – 500 – 1 500 manat
- Bərbər və salon xidmətləri (saç düzümü, üz baxımı və s.) – 50 – 150 manat
- Digər xərclər – 500 – 1000 manat
Ən çox rast gəlinən xərclərə baxdığımız zaman belə görünür ki, toy zamanı oğlan tərəfinin ortalama xərci 16 650 – 34 450 manat arasında dəyişir.
Gəlin (qız) tərəfin xərcləri:
- Restoran (eyni səviyyədə toy mərasimi) – 7 500 – 12 000 manat
- Cehiz (mebel, məişət texnikası, ev əşyaları və s.) – 6 000 – 15 000 manat
- Xına mərasimi və digər hazırlıqlar – 500 – 2 000 manat
- Digər xərclər – 500 – 1000 manat
Qız tərəfinin xərci oğlan tərəfinin xərcilə müqayisədə bir az aşağı olur. Toy zamanı qız tərəfinin ortalama xərci 14 500 – 30 000 manat arasında dəyişir.
Göründüyü kimi, bir toyun hər iki tərəf üçün toplam xərci 31 150 – 64 450 manat arasında dəyişir.
Bu rəqəmlər ailələrin seçimlərindən, bölgədən (paytaxt və ya rayon), restoranın səviyyəsindən və zərgərlik markalarından asılı olaraq arta və ya azala bilər. Bəzi ailələr toy mərasimini daha sadə formada, bəziləri isə daha təmtəraqlı şəkildə həyata keçirir.
35 dəfə oxundu