İcra başçısının jurnalist müavini vəzifəsindən azad edildi

İcra başçısının jurnalist müavini vəzifəsindən azad edildi
İmişli Rayon İcra Hakimiyyəti başçısının müavini Ruslan Məmmədov (Eldaroğlu) vəzifəsindən istefa verib.

Bakupost.az xəbər verir ki, bu barədə Ruslan Eldaroğlu özü məlumat yayıb.

O, səhhəti ilə əlaqədar öz ərizəsi ilə aprelin 1-dən İmişli RİH başçısının müavini - Sоsial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsindən azad olunduğunu bildirib.

Qeyd edək ki, Ruslan Məmmədov 2024-cü ilin may ayında İmişli Rayon İcra Hakimiyyəti başçısının müavini-Sоsial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdu. O, ANS TV, AVTO FM, ARB TV kimi kanallarda çalışıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
26 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...