“Georgi lenti”ni yaxama 2 metr boyu olan adam sancdı”
İmişlidə 9 May günü keçirilən tədbirdə sovet bayrağı və "georgi lenti" ilə bağlı qalmaqal səngimək bilmir. Rayon Ağsaqqallar Şurasının (AŞ) sədri üzrü qəbahətindən böyük addım atdıqdn, yəni AŞ səri postunu Saleh Səmədovdan alıb Vahid Tağıyevə verdikdən sonra yeni sonuncunun da "stalinçi" olduğu iddiası ortaya atılıb.
Yenisabah.az xəbər verir ki, yeni sədr sosial şəbəkələrdə barəsində səslənən ittihamları dəf etməyə çalışıb:
“Nifrət doğuracaq lentin yaxamda görüntüsü barədə sosialda gedən foto və yazılarla əlaqədar məsələyə aydınlıq gətirmək üçün hadisəni olduğu kimi aşağıda qeyd edirəm. Qeydlərimi daha çox şəxsən tanıyan insananlara mənəvi hesabat kimi yazmağı özümə borc bildim. Yəqin ki, onları da bu nə məsələdir deyə düşündürən bir sual var. Bu, ani baş vermiş bir anlaşılmazlıq nəticəsində olub”.
İmişli rayon Ağsaqqallar Şurasının sədri Vahid Tağıyev yaxasına taxılan “Georgi lenti”nin hansı məna daşıdığını sonradan bildiyini qeyd edib:
“Əvvəla deyim ki, məni yaxından tanıyan kifayət qədər insanlar var, əqidəmə də yaxşı bələddirlər. Məncə, insanın ən vacib iki dəyəri var. Biri vətənpərvərliyi, vətən sevgisi, digəri isə əxlaqıdır. Bu iki keyfiyyət olmayan insan mənə görə ləyaqətsiz, dəyərsizdir. Həyatım boyu bu mövqeyimə sədaqətli olmuşam. Vətən sevgisi, ümumi mənafe naminə fəaliyyət tükənməyən enerji, əzmkarlıq mənbəyidir".
Onun sözlərinə görə, mayın 10-da AŞ bir gün ərzində sıx qrafiklə üç tədbir keçirib: "Rayon ərazisində Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsi üçün qoyulmuş abidənin təmirdən sonra açılışına Bakıdan Rus İcmasının nümayəndələrinin də gəlməsi gözlənilirdi. Bakıdan gözlənilən gecikmiş heyət gəlib çatdı, onlarla abidənin önünə əklil qoymaq ərəfəsində qarşılaşdıq.
Təxminən 2 metrə yaxın boyu olan biri (sonra öyrəndim ki, bu şəxs Rus İcmanın sədr müavini imiş) bizə çatıb salam verən kimi tələsik lent paylamağa başladı, şəxsən mənim yaxama həmin lenti özü asdı. Mən o anda bunun nə lenti olduğunu ayırd edə bilmədim. Ancaq mənə tanış olmayan bu lent intuisiya ilə məni narahat edirdi. Əlbəttə, həmin an bilsəm ki, bu nəyin rəmzidir, heç bir halda yaxın buraxmazdım və bu hərəkətə etiraz edərdim".
30 dəfə oxundu