Yeni Günəşlidə yolu kim dağıdıb? “Parla Residence”, yoxsa "Golden Rose"?
Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsi, “V” massivində yerləşən “Parla Residence” yaşayış kompleksinin qarşısındakı yol bərbad vəziyyətə düşüb. Asfalt örtüyündə yaranan dərin çatlar və çuxurlar təkcə avtomobillərin hərəkətinə ciddi maneə törətməyib, eləcə də piyadaların gediş-gəlişini çətinləşdirib.
Sakinlərin narazılıqlarından belə bəlli olur ki, yolun yararsız vəziyyətə düşməsinin əsas səbəbi “Parla Residence” inşa edən "Golden Roze Group" şirkətinin məsuliyyətsizliyidir. Ağır tonnajlı texnikanın və yük maşınlarının hərəkəti asfalt örtüyünü sıradan çıxarıb. "Golden Roze Group" tikinti bitikdən sonra yolu təmir etməyib.
Məsələ ilə bağlı ilk olaraq “Parla Residence” ilə əlaqə saxladıq. Yaşayış kompleksindən Teleqraf-a verilən məlumata görə ərazidə yolun pis vəziyyətə düşməsində günahkar "Golden Roze Group" deyil, başqa şirkətdir. Belə ki, ərazidə daha bir şirkət tikinti işləri aparır.
20 ildir dəb və keyfiyyəti birləşdirdiyini iddia edən "Golden Roze Group"dan isə gün ərzində telefonlarımıza cavab verən olmadı.
Bəs maraqlıdır avtomobil yollarının tikintisi və yenidən qurulmasına cavabdeh olan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) bu haqda nə düşünür? Yaxın zamanlarda yolun təmiri planlaşdırılırmı? Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Teleqraf-a açıqlamasında bildirdi ki, ərazidəki yolun vəziyyətindən xəbərdardılar və əsaslı təmir işlərinin aparılması zəruridir:
“Ötən gün bu əraziyə AAYDA-nın və yerli icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə baxış keçirilib. Müvəqqəti olaraq cari təmir işləri aparılacaq. Əsaslı təmirin həyata keçirilməsi üçün isə həmin küçənin növbəti investisiya proqramına daxil edilməsi ilə bağlı müraciət olunacaq. Proqrama salındıqdan sonra əsaslı təmir işləri həyata keçiriləcək”.
26 dəfə oxundu