Evdə təmir zamanı partlayış: İki qardaşdan biri öldü – Təfərrüat
Neftçala sakini evində yanaraq ölüb.
Gundem.info.az APA-ya istinadən xəbər verir ki, hadisə Neftçala rayonunun Xolqarabucaq kəndində Əzizov Bəylər Xurşid oğluna məxsus evdə qeydə alınıb.
Fərdi yaşayış evində baş verən yanğında mənzil sakini 2001-ci il təvəllüdlü Bayram Bəylər oğlu Əzizov yanaraq ölüb. 1995-ci il təvəllüdlü Babək Bəylər oğlu Əzizov yanıq xəsarətləri ilə Neftçala xəstəxanasına yerləşdirilib.
Yanğın FHN tərəfindən söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
***
Neftçalada ölümlə nəticələnən yanğın hadisəsinin bəzi təfərrüatları məlum olub.
Report-un məlumatına görə, hadisə evdə təmir işləri aparılan zaman baş verib.
Belə ki, evdə təmir işləri görən qardaşlar döşəməyə dolğu vuran zaman onlardan biri ehtiyatsızlıq edərək siqaret yandırıb. Bu zaman dolğuda yaranmış qaz anidən partlayıb.
Partlayış nəticəsində qardaşlardan biri Bayram Əzizov hadisə yerində ölüb. Digər qardaş Babək Əzizov isə yanıq xəsarətləri alıb.
120 kvadratmetrlik evin bir otağı partlayışla müşahidə olunan yanğın nəticəsində yararsız hala düşüb.
Faktla bağlı araşdırma aparılır.
122 dəfə oxundu