Polşada prezident seçkiləri - Müxalifətin namizədi qalib gəldi

Polşada prezident seçkiləri -
Polşada keçirilən prezident seçkilərində bülletenlərin 100%-i ölkənin Dövlət Seçki Komissiyası tərəfindən işləndikdən sonra “Hüquq və Ədalət” partiyası tərəfindən dəstəklənən Milli Yaddaş institutunun direktoru Karol Navrotski qalib gəlib.

“Report” xəbər verir ki, Navrotski 50,9% faiz, hakim Vətəndaş Koalisiyasının namizədi, Varşava meri Rafal Tşaskovski isə 49,1% faiz səs toplayıb.

Aparıcı müxalifət partiyası “Hüquq və Ədalət” (PiS) tərəfindən dəstəklənən Milli Yaddaş institutunun direktoru Karol Navrotski Polşada prezident seçkilərinin ikinci turunda qalib gəlir.

“Report”un xəbərinə görə, bu barədə Polşanın PAP xəbər agentliyi, Polsat media şirkəti, həmçinin TVN və TVP telekanallarının dərc etdiyi IPSOS İnstitutunun yenilənmiş exit-poll məlumatlarında göstərilib.

Yenilənmiş exit-poll məlumatlarına görə, 42 yaşlı Karol Navrotski 51% səs toplayır.

Onun 53 yaşlı rəqibi, hakim Vətəndaş Koalisiyasının namizədi, Varşava meri Rafal Tşaskovski seçicilərin 49%-nin dəstəyini qazanıb. Seçki məntəqələri bağlandıqdan sonra ilk dəqiqələrdə “exit-poll”lar Tşaskovskinin (50,3%) Navrotski (49,7%) üzərində üstünlüyündən danışıb.

Polşada keçirilən prezident seçkilərinin ikinci turunda hakim Vətəndaş Koalisiyasının namizədi, Varşava meri Rafal Tşaskovski qalib gəlir.

“Report” xəbər verir ki, bu barədə seçki məntəqələri bağlandıqdan sonra “TVP İnfo”nun yaydığı “exit-poll”un nəticələrində göstərilib.

Hesablamalarına görə, Tşaskovski 50,3% səs toplayıb. Onun rəqibi, “Hüquq və Ədalət” partiyasının namizədi, Milli Yaddaş İnstitutunun rəhbəri Karol Navrotski 49,7% səs toplayıb.

Qeyd edək ki, Polşada keçirilən prezident seçkilərində səsvermə yekunlaşıb. Səsvemrə hüququna malik olan 29 milyonadək polşalı 13 namizəd arasından seçim edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
115 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...