“Medilandia Hospital”da uşaq ölümünə görə yoxlama aparıldı, pozuntu aşkarlandı

“Medilandia Hospital”da uşaq ölümünə görə yoxlama aparıldı, pozuntu aşkarlandı
Yeni doğulan uşağın ölümü ilə bağlı açılan cinayət işi üzrə Lənkəran şəhəri, Nizami Gəncəvi küçəsində yerləşən “Medilandia Hospital”da aparılan araşdırma zamanı ciddi nöqsanlar müəyyən edilib.
hüquq-mühafizə orqanları və aidiyyəti qurumlar tərəfindən aparılan yoxlamalar zamanı bəzi işçilərin əmək müqaviləsi qüvvəyə minmədən müxtəlif işlərə və xidmətlərə cəlb edilməsi faktı aşkar edilib.
Məlum olub ki, klinikada 15 oktyabr 2024-cü ildən 3 fevral 2025-ci ilədək tibb bacısı vəzifəsində çalışan A.S. ilə ümumiyyətlə əmək müqaviləsi bağlanmayıb.
Aşkarlanmış qanun pozuntuları ilə əlaqədar olaraq klinika barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən protokol tərtib olunub və iş məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə “Medilandia Hospital” rəhbərliyi sözügedən inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 000 manat məbləğində cərimələnib./Qaynarinfo



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
64 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...