Müavinət və təqaüdlərin artımları bu tarixdə ödəniləcək
Müavinət və təqaüdlərdə yeni artımlar ölkəmizdə sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində növbəti mühüm addım olmaqla, vətəndaş rifahının təminatına xidmət edən islahatların bu il də uğurla davam etdirildiyini təsdiqləyir.
Gundeminfo.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən növbəti kollegiya iclasında məlumat verilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev qeyd edib ki, Prezident İlham Əliyevin fərman və sərəncamları ilə 2018-ci ildən etibarən ardıcıl şəkildə həyata keçirilən və 4 milyondan çox vətəndaşı əhatə edən beş sosial islahat paketinin hər biri üzrə əməkhaqqı və pensiyalarla yanaşı, müavinət və təqaüdlərdə də artımlar həyata keçirilib.
Artımların əsasən şamil olunduğu əhali qrupları aşağıdakılardır: şəhid ailələri, aztəminatlı ailələr, əlilliyi olan şəxslər (o cümlədən müharibə ilə əlaqədar əlilliyi olan şəxslər), beş və daha çox uşağı olan qadınlar, ailə başçısını itirmiş ailələr və digər həssas sosial qruplar. Bu kateqoriyalara yönələn sosial ödənişlər üzrə hər bir sosial islahat paketi çərçivəsində artımların həyata keçirilməsi, son illərdə həmin ödənişlərdə ciddi artımlara nail olunması dövlətin onlara olan xüsusi qayğısının əməli təzahürüdür.
Nazir əlavə edib ki, müavinət və təqaüdlərdə yeni artımlar edilmiş vətəndaşlar artıq gələn aydan bu ödənişləri artırılmış şəkildə alacaqlar.
28 dəfə oxundu