Xaricdə Dövlət Proqramı hesabına təhsil hüququ qazana bilməyən namizədlərin şikayətlərinə aydınlıq gətirilib

Xaricdə Dövlət Proqramı hesabına təhsil hüququ qazana bilməyən namizədlərin şikayətlərinə aydınlıq gətirilib
Xaricdə Dövlət Proqramı hesabına təhsil hüququ qazana bilməyən namizədlərin şikayətlərinə aydınlıq gətirilib.

“Report”un məlumatına görə, Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova jurnalistlərə açıqlamasında bildirib ki, proqramda iştirak edən namizədlərin yekun balları ictimaiyyətə açıqlanmır.

Onun sözlərinə görə, xüsusilə bakalavriat və magistratura səviyyəsi üzrə namizədlərin ehtiyat siyahısı da mövcuddur: “Bu isə o deməkdir ki, sonradan əlavə imkanlar yarandıqda ehtiyat siyahıdakı yüksək bal toplayan şəxslər də proqramdan yararlana bilərlər”.

T.Topalova seçimlərin qaydalara uyğun və şəffaf aparıldığını söyləyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
49 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...