Ramil Səfərovun xanımı BDU-dakı işindən ayrıldı

Ramil Səfərovun xanımı BDU-dakı işindən ayrıldı
Bakı Dövlət Universitetinin (BDU) rektorunun müşaviri Şəbnəm Səfərova işindən ayrılıb.

Gundeminfo.az Modern.az-a istinadən xəbər verir ki, polkovnik-leytenantı Ramil Səfərovun həyat yoldaşı universitetdəki fəaliyyətini sonlandırıb.

O, BDU rektorunun rəqəmsallaşma və informasiya texnologiyaları üzrə müşaviri vəzifəsində çalışırdı.

Şəbnəm Səfərova işdən ayrılma səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, Ş. Səfərova bu vəzifəyə 2023-cü il yanvar ayında təyin edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
82 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...