Azərbaycandan Rusiyaya ixrac olunan kərə yağı kəskin azalıb

Azərbaycandan Rusiyaya ixrac olunan kərə yağı kəskin azalıbBu ilin ilk 8 ayı ərzində Azərbaycandan Rusiyaya 3 min 377 ton kərə yağı ixrac olunub.
Yeniavaz.com xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə Rusiyaya ixrac edilən kərə yağının miqdarı 2,2 dəfə azalıb.
Qeyd edək ki, ötən ilin ilk 8 ayında Azərbaycandan Rusiyaya 7 min 386,5 ton kərə yağı göndərilib.
Onu da bildirək ki, ötən il Rusiyaya ixrac olunan kərə yağının bir kiloqramının orta gömrük dəyəri 6,2 dollar (10,5 manat) olduğu halda, bu il həmin göstərici 7 dollar (11,9 manat) təşkil edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...