Rayon rəhbəri Nafatlanda müalicə alan şəhid ailələrini ziyarət edib

İcra başçıları Müalicə Mərkəzində şəhid ailələrini ziyarət etmiş, onlara yaradılan şərait və müalicə prosesi ilə maraqlanıblar.
Vurğulanmışdır ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın müdafiəsi uğrunda canlarını fəda etmiş qəhrəmanlarımızın ailələri hər zaman dövlətin xüsusi himayəsindədir.
Səmimi şəraitdə keçirilən söhbət zamanı Şəhid ailələri onlara göstərilən hərtərəfli diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, sosial layihəyə 2022-ci ilin iyul ayında start verilib. Ötən dövr ərzində Naftalan Şəhər İcra Hakimiyyətinin Tərtər Rayon İcra Hakimiyyəti ilə birgə reallaşan layihələri çərçivəsində şəhid ailələri və qazilər şəhərimizdə fəaliyyət göstərən Müalicə Mərkəzlərində müayinə və müalicə alıblar.




30 dəfə oxundu