20 oktyabr 2025-ci il tarixdə-Beynəlxalq Kulinariya Günündə Tərtərdə “XIX Əsr İrəvan Mətbəxi” kitabının təqdimatı olub

20 oktyabr 2025-ci il tarixdə-Beynəlxalq Kulinariya Günündə Tərtərdə “XIX Əsr İrəvan Mətbəxi” kitabının təqdimatı olub20 oktyabr 2025-ci il tarixdə-Beynəlxalq Kulinariya Günündə Tərtərdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “XIX əsr İrəvan Mətbəxi “ qrant layihəsi ilə Azərbaycan Milli Kulinariya Assosiyasiyası tərəfindən ərsəyə gətirilən “XIX Əsr İrəvan Mətbəxi” kitabının təqdimatı olub.

Təddimat mərasimində alim və mütəxəsislər, ictimai xadimlər, Milli Məclisin Deputatları, Qərbi Azərbaycan İcmasının sədri və üzvləri, rayonun ziyalıları, Qarabağ Regional Məşğulluq mərkəzinin aşpazlıq kurslarının müdavimləri, Tərtər və Bərdə Peşə məktəblərinin müəllim və şagirdləri, ümumilikdə 240 nəfər iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin abidəsini ziyarət edib,önünə gül dəstələri düzüblər.

Sonra təqdimat mərasimi rayon Mədəniyyət Mərkəzinin zalında davam etdirilib.

Mədəniyyət Mərkəzinin foyesində Tərtər rayonu ərazisində məskunlaşmış Qərbi Azərbaycan əhalisinn ahıllarından toplanmış mətbəx nümunələrin etno- kulinar sərgisi qonaqlarda böyük marağa səbəb olub.

Tərtər və Bərdə Peşə Təhsil Mərkəzlərinin şagirlərinin , həmçinin Qarabağ Peşə hazırlığı Mərkəzinin Azərbaycan Milli Kulinariya Assosiyasındakı “Aşpazlıq“ kurslarının müdavimlərinin səgilədikləri kulinariya nümunələri də peşəkarlıqla hazırlanmışdı.

Əvvəlcə Ümummilli Liderin və torpaqlarımızın suverenliyi uğrunda canlarını qurban etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib,ardınca Dövlət Himni səsləndirilib.

Tərtər rayon icra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbir iştirakçılarını salamlayaraq, qonaqlara “xoş gəlmisiniz”,-deyib.Qeyd edib ki, Qərbi Azərbaycan mətbəxi əsrlər boyu formalaşan, nəsildən-nəslə ötürülən zəngin irsdir. Bu yeməklər təkcə süfrəmizdə yer alan təamlar deyil, həm də yaddaşımızda yaşayan tarixdir.

Bu gün biz yalnız bir kitabın təqdimatında iştirak etmirik - biz xalq yaddaşının, milli kimliyimizin və mədəni irsimizin mühüm bir hissəsinin yenidən dirçəlişinə şahidlik edirik.

“XIX əsr İrəvan mətbəxi” adlı bu dəyərli əsər təkcə qədim bir bölgənin yeməkləri haqqında deyil, həm də həmin dövrün yaşam tərzi, adət-ənənələri, qonaqpərvərlik mədəniyyəti və mənəvi dəyərləri haqqında dərin bilgilər verir. İrəvan bölgəsi tarix boyu Qərbi Azərbaycanın ən zəngin mədəniyyət mərkəzlərindən biri olmuşdur. Orada formalaşan mətbəx məktəbi, yeməklərin bişirilmə üsulları, süfrə mədəniyyəti və yerli məhsullardan yaradılan ləziz təamlar əsrlər boyu xalqımızın ümumi kulinariya xəzinəsinə dəyərli töhfələr verib.Bu əsər, əslində, həm tarix kitabıdır, həm etnoqrafik araşdırmadır, həm də milli mədəniyyətimizin bərpasına yönəlmiş tədqiqatdır.

Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov və Aynurə Əmiraslanova tərəfindən hazırlanan kitab Qərbi Azərbaycan ərazisində yüzilliklər boyu formalaşan və ermənilər tərəfindən özününküləşdirilməyə çalışılan Azərbaycanın milli kulinariya incilərinin, yemək və şirniyyatların reseptlərinin bərpasını və tarixi-etnoqrafik tədqiqatını əhatə edir.

Təqdimat mərasimində kitabın müəllifi Azərbaycan Milli Kulinariya Assosiasiyası və türk dünyası mətbəx kültürü elmi və sənədləri birliyinin prezidenti, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru Tahir Əmiraslanov geniş məruzə ilə çıxış edib.O, bildirib ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrant layihəsi çərcivəsində ərsəyə gətirilən kitab 208 səhifədən ibarət nəşrdə 85 mənbədən istifadə etməklə, 1884-cü ildə İrəvanda doğulmuş 1913-1922-ci illərdə İrəvanda yemək və şirniyyat dükanının sahibi usta Əliqulu Zeynalovun əlyazması əsasında bərpa edilmişdir. Nəticədə 97 xörək, şirniyyat, içki növləri haqqında məlumatlar, hazırlanma qaydaları, fotolar, minaturlər, rəsmlər, dövlət poçt markaları əksini tapıb. Kitabın üz qabığı rəssam Nigar Əliyevanındır. Kitab həm alimlər həm tədqiqatçılar, mədəniyyət işçiləri, həm də milli mətbəximizi öyrənmək istəyən kulinariya həvəskarları üçün əvəzsiz mənbədir.

“XIX Əsr İrəvan Mətbəxi” kitabı həm də İrəvandakı Tapuxu varlığımızın bir sübutudur.

Kitaba ön söz Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Xanım Aygün Əliyeva tərəfindən yazılıb.

Rəyçilər: Texnika Elmlər doktoru, professor, LDU-nun rektorunun müşaviri Mikayıl Məhərrrəmov, AMEA-nın Tarix və Etnologiya İnstitunun “Tarixi Etnalogiya” şöbəsinin müdiri, tarix elmləri doktoru, etnoloq İlhamə Məmmədova və “Qərbi Azərbaycan Tarixi” şöbəsinin rəhbəri t.ü.f.d. dosent Cəbi Bəhrəmovdur.

Sonra Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Milli Məclisin deputatı Əziz Ələkbərli, kitabın həmmüəllifi, AMEA-nın Gəncə bölməsinin elmi işçisi Aynurə Əmiraslanova, Azərbaycan Texnologiya Universitetinin Qida Mühəndisliyi və Ekspertizası kafedrasının müdiri professor Əhəd Nəbiyev, Azərbaycan Texnologiya Universitetinin Qida Mühəndisliyi Fakültəsinin dekanı dosent Mehman İsmayılov, Azərbaycan Texnologiya Universitetinin Qida Mühəndisliyi və Ekspertizası kafedrasının dosenti Mərdan Tağıyev, Azərbaycan Texnologiya Universitetinin Turizm Sənayesinin təşkili kafedrasının baş müəllimi Füzuli Musayev, Gəncə Dövlət Universitetinin Tarix üzrə fəlsəfə doktoru, entoqraf Nurlana Həmzəyeva, Milli Məclisin Deputatı Sahib Alıyev çıxış ediblər.

Sonda kitabların imzalanma mərasimi keçirilib.

Rəsmiyyə Allahverdiyevanın sədrliyi ilə peşəkar münsif heyətinin qərarı ilə bir qrup sərgi iştirakçısı sertifikatlarla mükafatlandırılıb.


20 oktyabr 2025-ci il tarixdə-Beynəlxalq Kulinariya Günündə Tərtərdə “XIX Əsr İrəvan Mətbəxi” kitabının təqdimatı olub
20 oktyabr 2025-ci il tarixdə-Beynəlxalq Kulinariya Günündə Tərtərdə “XIX Əsr İrəvan Mətbəxi” kitabının təqdimatı olub
20 oktyabr 2025-ci il tarixdə-Beynəlxalq Kulinariya Günündə Tərtərdə “XIX Əsr İrəvan Mətbəxi” kitabının təqdimatı olub
20 oktyabr 2025-ci il tarixdə-Beynəlxalq Kulinariya Günündə Tərtərdə “XIX Əsr İrəvan Mətbəxi” kitabının təqdimatı olub
20 oktyabr 2025-ci il tarixdə-Beynəlxalq Kulinariya Günündə Tərtərdə “XIX Əsr İrəvan Mətbəxi” kitabının təqdimatı olub


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
10 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...