Rusiya qırıcılarının Litvaya daxil olması ilə bağlı açıqlama

Rusiya qırıcılarının Litvaya daxil olması ilə bağlı açıqlama
Rusiyanın Su-30 qırıcıları digər dövlətlərin hava məkanını pozmadan Kalininqrad vilayəti üzərində planlı təlim uçuşları həyata keçirib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilib.

Nazirlik bütün uçuşların Rusiya hava məkanı qaydalarına ciddi riayət olunmaqla həyata keçirildiyini vurğulayıb.

"Təyyarələr öz marşrutlarından kənara çıxmayıb və ya digər dövlətlərin sərhədlərini pozmayıblar. Bu, obyektiv monitorinqlə təsdiqlənib", - Müdafiə Nazirliyi bildirib.

Qeyd edək ki, bundan öncə Rusiya təyyarələrinin Litva hava məkanına daxil olması barədə məlumat yayılmışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
28 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...