Azərbaycanda genişmiqyaslı həbslər başlayır? – Tarix verildi, hədəflər göstərildi

Azərbaycanda genişmiqyaslı həbslər başlayır? –  8 Noyabr – Zəfər bayramının ardından ölkədə genişmiqyaslı həbslər və kadr dəyişikliklərinin başlaya biləcəyi barədə iddialar gündəmə gəlib. Məlumata görə, proses əsasən müəyyən qrupları və vəzifəli şəxsləri hədəfə ala bilər.

İddialar cəmiyyət və siyasi çevrələrdə ciddi maraq doğurub. Xüsusilə son aylarda aparılan antikorrupsiya əməliyyatlarının fonunda bunun reallıq payının yüksək olduğu ehtimal edilir.

Səsləndirilən fikirlər nə dərəcədə əsaslıdır? Əsasən kimlər hədəfdə ola bilər?

GUNDEM.İNFO.AZ xəbər verir ki, globalinfo.az-a danışan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib ki, həbslərin kampaniya şəklində aparılması barədə yayılan məlumatlar inandırıcı deyil:

“Bunun real olmadığını düşünürəm. Hər hansı şəxs cinayət törədibsə, bu, dərhal Cinayət Məcəlləsinə uyğun araşdırılmalı və qanuni tədbirlər görülməlidir. Zəfər bayramından sonra xüsusi həbs dalğasının başlanacağına dair iddialar inandırıcı görünmür. Hazırda bir neçə yüksək vəzifəli şəxs barəsində ağır cinayət işləri açılıb. Məsələn, Ramiz Mehdiyevə qarşı dövlət çevrilişinə cəhd və dövlətə xəyanət ittihamları, eləcə də korrupsiya faktları üzrə istintaq işləri mövcuddur. Bəzi şəxslər korrupsiyanı artıq dövlət siyasəti səviyyəsinə qaldırıb və bu sahədə araşdırmaların, həbslərin davam edəcəyi gözləniləndir. Cinayətlərin dairəsi genişlənə, daha çox şəxsi əhatə edə bilər. Lakin bunu məqsədyönlü “kampaniya” kimi təqdim etmək doğru deyil”.

Partiya sədri qeyd edib ki, cinayət təqibi bayram və ya başqa tarixlərlə əlaqələndirilə bilməz:

“Bəzi şəxslər bu mövzuda şayiələr yaymaqla cəmiyyət və dövlət strukturlarında ajiotaj yaratmaq, məmurları qorxuya salmaq və onları yanlış addımlar atmağa sövq etmək istəyə bilər. Bu, həm də rüşvət və özünü sığortalama cəhdlərinin artmasına yol aça bilər”.

S.Cəlaloğlu xatırladıb ki, Balakən rayon icra başçısının başqa rayon rəhbəri ilə ortaq biznesi barədə məlumatlar ortaya çıxıb:

“Belə hallarda istintaqın davamı olaraq yeni fiqurların ortaya çıxması təbiidir və bunu “kampaniya” deyil, istintaqın məntiqi prosesinin tələbi kimi qiymətləndirmək lazımdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
40 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...