Şəhid ailələri və müharibə əlilləri üçün 50 milyon manat ayrılacaq

Şəhid ailələri və müharibə əlilləri üçün 50 milyon manat ayrılacaqMüavinət, təqaüd və kompensasiyalar üçün 2 milyard 144 milyon manat və ya 76%, ÜDSY üzrə 465 milyon manat (və ya 16%), haqqı ödənilən ictimai işlərin təşkili üzrə xərclər üzrə 141,7 milyon manat (və ya 5%) vəsait nəzərdə tutulub.

Modern.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclasında “Dövlət sosial müdafiə fondunun 2026-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir qeyd edib ki, növbəti il üçün yaşayış minimumu və ehtiyac meyarı həddinin 285 manatdan 300 manata (5,3%) artırılması proqnozlaşdırılır.

“Dövlət icbari şəxsi sığorta vəsaiti hesabına növbəti ildə reabilitasiya vasitələrinin alınmasına 31,7 milyon manat nəzərdə tutulmuşdur. Həmçinin imtiyazlı şəxslərin (şəhid ailələri, müharibə əlilləri və s. kateqoriyalardan olan imtiyazlı şəxslərin) mənzillərlə təminatına 50 mln. manat vəsait xərclənməsi nəzərdə tutulur ki, bu vəsaitin 10 mln. manatı DSMF-nin investisiya gəlirlərinin, 40 mln. manatı isə dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdiriləcəkdir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
26 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...