Naxçıvan "Azad iqtisadi" zonaya çevrilir - bütün vergilər ləğv edilir

Naxçıvan "Azad iqtisadi" zonaya çevrilir - Azərbaycan hökuməti Naxçıvanı vergidən azad əraziyə çevirməyə hazırlaşır.

Gundem.info.az xəbər verir ki, qarşıdakı 10 ildə Muxtar Respublikadakı bütün rezidentlər vergidən azad ediləcəklər. Bu 2026-cı ilin dövlət büdcəsi layihəsi çərçivəsində Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişikliklərdə əksini tapıb.

Yeniliyə əsasən, Naxçıvan Muxtar Respublikasındakı rezidentlər 10 il müddətinə əksər vergilərdən azad ediləcəklər.

Vergidən azad edilmə dövrü 2026-cı ilin əvvəlindən başlayacaq. Təklif olunan dəyişikliyə əsasən, Naxçıvandakı rezidentlərin 2026-cı il yanvarın 1-dən 10 müddətinə mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən, həmin ərazinin rezidenti olan hüquqi şəxslərin səhmdarlarının (payçılarının) dividend gəlirlərinin isə 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətinə vergidən azad edilməsi nəzərdə tutulur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...