Gəncədə nəqliyyatdan istifadə edənlərin sayı 76 milyon nəfəri ötüb

Gəncədə nəqliyyatdan istifadə edənlərin sayı 76 milyon nəfəri ötübNəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2025-ci ilin yanvar-sentyabr aylarında 4,0 milyon ton yük və 76,3 milyon sərnişin daşınıb.

Gundem.info.az bu barədə Gəncə Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə yük daşınması 6,4 faiz, sərnişin daşınması isə 6,6 faiz artıb.

İnformasiya və rabitə sahəsində 2025-ci ilin yanvar-sentyabr aylarında göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə 15,5 faiz artaraq, 6,7 milyon manat olub.
fed


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
21 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...