İcra başçısı şəhid qardaşını yubiley günü ziyarət etdi
Qeyd edək ki, şəhid Almuradov Rəhman Məhəmməd 1953-cü il yanvar ayının 6-da Tərtər rayonunun Səhləbad kəndində anadan olub. Orta təhsilini Şuşa İnternat Məktəbində alıb. 1972-1974-cü illərdə Moldovada hərbi xidmətdə olub. Xidmətdən sonra Bender şəhərində Kənd Təsərrüfatı Texnikomunu bitirib. 1985-ci ilə kimi həmin şəhərdə 1 nömrli Dəmir Yol Körpüləri Tikintisi İdarəsində fəhlə, sonra isə iş icraçısı işləyib. 1985-ci ilin avqust ayında könüllü olaraq Əfqanistan Respublikasına hərbi xidmətə gedib. 1989-cu ilin may ayında Tərtər rayonuna qayıdıb. 5 nömrəli Yol İstismarı Vahidində, sonra isə 3 nömrəli sovxozda işləyib. 1993-cü il mart ayının 27-də könüllü surətdə "Tərtər özünümüdafiə batalyonu"na yazılıb. Batalyonda bölük komandiri əvəzi idi. Xidmət etdiyi müddətdə Ağdərə bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak etmişdir. 1993-cü il may ayının 19-da Lülǝsaz yüksəkliyində döyüş zamanı əl qumbarası partlayışından ağır yaralanıb və 3 gün sonra may ayının 22-də aldığı yaradan şəhid olub.
Subay idi. Səhləbad kənd qəbiristanlığında dəfn edilib.
Şəhid qardaşı şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnnətdarlığını bildirib.
2 dəfə oxundu













