Aqrar sektorumuz “Araz”və “Oba” marketlərlə necə inkişaf edir? ANALİZ

Aqrar sektorumuz “Araz”və “Oba” marketlərlə necə inkişaf edir?

“Bugünkü dünyada gedən prosesləri təhlil edərkən və ümumiyyətlə, geosiyasi vəziyyətə nəzər saldıqda deyə bilərəm ki, bu, çox müsbət göstəricidir. İqtisadi inkişaf templəri inkişaf etmiş bir çox ölkələrdə olan iqtisadi inkişaf templərini üstələyir. Xüsusi əhəmiyyət daşıyan məqam ondan ibarətdir ki, qeyri-neft sektorumuz 7 faiz artmışdır. Bu da onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar və düşünülmüş islahatlar siyasəti öz bəhrəsini verməkdədir”.
Bu sözləri Dövlətimizin Başçısı 2024 -cü ildə sentyabrın 26-da iqtisadi məsələlərə həsr olunmuş müşavirədə demişdi.

Aqrar sektorun inkişafında tarladan başlayan dəstək məhz bazarların təşkilindən asılıdır. Şəbəkə marketlərində məhsulların tarladan birbaşa rəfə qədər ticarət zincirinin təşkil edir. Bu baxımdan şəbəkə marketlər məhsul standartlarını və keyfiyyətini diktə etdiyinə görə fermer bu standartlara uyğunlaşır. Və əlbəttə ki, bu da aqrar sektorun inkişafında vacib olan əsas məqamlardan biridir.

Bunun da nəticəsində fermerlər standartlara uyğun rəqabətə davamlı məhsul istehsal edir.

Başqa bir üstünlük ondan ibarətdir ki, şəbəkə marketlər logistika və satışda fermerin yükünü azaldır. Nəticədə fermerin satış və logistika problemi aradan qalxır.
Ən vacib məqam isə şəbəkə marketlərin yerli məhsula üstünlük verməsi aqrar sektorda istehsalın təmərgüzləşməsinə və inkişafa səbəb olur .
Nəzərə alaq ki, şəbəkə marketlərin sürətli və sabit satış kanalının olması aqrar məhsulun bazara çıxmasını asanlaşdırır.
- Şəbəkə marketlər süni qiymət artımına qarşı effektiv mübarizə imkanlarına sahib olur ki, bu da bazarda qiymət dalğalanmalarını və aqrar sektorun inkişaf tərəddüdlərini azaldır.
- Şəbəkə marketlərin aqrar məhsulların satışında əsas bazara çevrilməsi qiymətlərin sabit qalacağı təqdirdə kəndlinin də istehsal planlamasını daha real edir. Kəndli daimi sabit gəlirlər əldə edə bilir. Risk və bazar üzrə kəskin qiymət dalğalanması ehtimalı olmadığından sığorta xərclərini azaldır.

Bu gün ölkə üzrə bu göstəricilərə cavab verən 353 ünvanda “Araz”, 1636 ünvanda “OBA” Market var.

Hər gün “OBA” marketlərdə 110 min manatlıq meyvə və tərəvəz satışı həyata keçirilir.
Aqrar sektorumuz “Araz”və “Oba” marketlərlə necə inkişaf edir?
Bu satış göstəricilərini ortalama çəki ekvivalentində təxmin etsək ən azı hər gün 50 hektar əkinə yararlı torpaqdan tədarük edilən məhsulun daxili bazarda satış zəmanətinin təşkil edildiyini görərik.
Bu aqrar sektorun inkişafı baxımından möhtəşəm bir göstəricidir.
Kənd təsərrüfatı məhsullarının saxlanma anbarı və daxili bazarın təhlükəsizliyi ən mühim məqamlardan biridir. Bəs “OBA” və “Araz” Marketlər şəbəkəsində bu strateji məqam necə təmin edilir?
Bu məqama diqqət edək - meyvə şirkəti (Araz) tərəfindən “OBA” üçün birbaşa alış edilir. Saxlanma anbarları Bakı, Mingəçevir və Salyanda təşkil olunub.
Bakıda tutum soyuq anbar 200 palet, Salyanda soyuq anbar 20 palet, Mingəçevirdə isə soyuq anbar 100 paletdir.
Bu isə o deməkdir ki, istənilən anda daxili bazarda süni qiymət artımına qarşı müqavimət göstərə bilmək üçün mühim bir bazar mərkəzi formalaşıb.
Bu baxımdan “Araz” və “Oba” Marketlər şəbəkəsi daxildə süni qiymət artımına və xarici (idxal) təzyiqlərə qarşı vacib bir zincir qurub deyə bilərik.

Bəs fermerlərlə “Araz” və “OBA” marketlər arasında necə bağlantı yaranır?

Meyvə-tərəvəz ölkəmizin müxtəlif bölgələrindən bu marketlər şəbəkəsinə tədarük edilir. Bunun üçün öncədən bazar araşdırması aparılır, fermerlər ilə görüşülür istənilən məhsulların növü, diametri, keyfiyyət göstəricilərinə dair məlumatlar fermerlərə təqdim olunur və qarşılıqlı planlama olunaraq əkin prosesi həyata keçirilir.
Bir sözlə, sahibkar hara, hansı məhsulu nə qədər həcmdə və nə zaman satacağını öncədən bilir.
Məhsullar yetişdikdən sonra tədarükçülər tərəfindən keyfiyyət nəzarət məqsədilə sanitar-gogiyenik yoxlamalardan keçmiş maşınlarla mərkəzi anbara gətirilir. Burada məhsullardan nümunələr götürülür və spesifikasiyaya uyğunluğu yoxlanılır. Yalnız standartlara cavab verən məhsullar anbara qəbul edilir, xüsusi temperaturda saxlanılır və mağazalara göndərilir. Anbarların ümumi tutumu 4500 kvm-dir.
Qeyd edək ki, “Araz” Logistika Mərkəzi Keyfiyyət idarəetmə, Əməyin mühafizəsi üzrə beynəlxalq ISO 9001 standartlarına layiq görülüb.
Logistika mərkəzində həmçinin soyutma sistemləri, dondurucu və soyuducularla təchiz olunan soyuq anbar mövcuddur.

Ən vacib olan məqam etibarlılıqdır!

Aqrar sectorun inkişafında, şumlamadan başlayaraq, səpinə, tədarükə qədər inkişaf zinciri bazarın necə təşkilindən asılıdır. Tədarükçü ilk növbədə tədarük etdiyi məhsulu harada və necə, eyni zamanda neçəyə sata biləcəyini düşünür. Bazarın mövcudluğu tarladan başlayaraq, yekun gəlirin əldə edilməsinə qədər ilkin şərtdir. Kənd təsərrüfatında əkinçi rolunda olan sahibkar ilk növbədə bazarı düşünür. Məhsulumu harda sata biləcəm? Kim alacaq? Müştəri niyə mənim məhsulumu almalıdır? Bu kimi suallar müasir marketinq münasibətlərində, bazar tapmaq üçün ən vacib sualdır.
Bəs bu suala kiçik və orta sahibkarlar cavab axtaran zaman hansı ünvanlara müraciət edir?
Əlbəttə ki, şəbəkə marketlərə.
Sahibkar etibarlı alıcı təminatına daha çox üstünlük verir.
Gəlin ölkənin iki iri marketlər şəbəkəsinin bu istiqamətdə rolunu araşdıraq.
“Oba” və “Araz” Merketlər şəbəkəsi aqrar sektor üzrə tədarükçü ilə istehlakçı arasında güvəni necə təmin edir?

Bu iki market aqrar sektorun inkişafında hansı vacib rolu oynayır?

İlk olaraq nəzərə almalıyıq ki, istehlakçı üçün ən vacib şərt güvəndir. Məhsulun keyfiyyəti, düzgün ölçü vahidi olan tərəzi siyasəti. Sadə dildə ifadə edək – siz küçə ticarətindən aldığınız istənilən kənd təsərrüfatı məhsulunun ölçü vahidini müəyyən edən tərəzinin nə qədər düzgün ölçü cihazı olaraq çalışdığını müəyyən edə bilmirsiniz.

Aqrar sektorumuz “Araz”və “Oba” marketlərlə necə inkişaf edir?
Lakin, istər “Oba”, istərsə də, “Araz” marketlərdə tərəzilər mütəmadi olaraq müvafiq dövlət standartından keçir. İstehlakçı artıq bu məqamla bağlı tam əmindir.
Tərəzilər “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanunun tələblərinə uyğun olaraq xüsusi akreditasiyaya malik şirkətlər tərəfindən yoxlanılaraq sertifikatlaşdırılır. Hər il olduğu kimi bu il də tərəzilər müvafiq yoxlamadan keçib sertifikatlaşdırılacaqlar və tərəzilərin üzərində qalloqramın mövcudluğu tərəzilərin düzgün işləməsinə sübutdur.
Bu istehlakçı üçün ən vacib şərtdir.

Nağdsız ticarət və etibar ən vacib məqamdır

Ən vacib məqam kənd təsərrüfatı mallarını ala bilmək üçün nağdsiz ödəniş etmək imkanı var. Bu əlbəttə ki, vergi şəffaflığının təmin edilməsindən tutmuş, Sosial Müdafiə Fondunda pensiya kapitalı formalaşdıran işçilərin hüquqlarının təmin edilməsinə qədər vacib bir arealı əhatə edir. İstər “Oba”, istərsə də, “Araz” marketlərdə vətəndaş nağdsız əməliyyatlarla kənd təsərrüfatı məhsulları əldə edə bilir. Bazar prinsiplərində əsas məqam – istehlakçı hüquqları da burada bərqərar olur. Nağdsız alış-verişlərdə istər “Oba”, istərsə də, “Araz” marketlərdən istənilən məhsulun keyfiyyətinə tam zəmanət verilir.
Kənd təsərrüfatı məhsullarının saxlanma xərcləri və müştəri məmnuniyyəti
Kənd təsərrüfatı məshullarının saxlanma şəraiti ən vacib amillərdən biridir. Burada söhbət standartlara uyğun saxlanma şəraitinin təşklinindən gedir. Əlbəttə ki, bu standart saxlanma şəraitinə görə də cari xərclər yaranır.
Bir “Araz” Marketin ortalama soyutma sistemləri üçün BİR GÜNLÜK elektrik xərcləri nə qədərdir?
Əlbəttə qeyd edilən məsələ bir çox faktordan-mövsüm, binanın dizayn və izolyasiya dərəcəsi, yerləşmə yeri, müştəri sayı, avadanlıqların növü və markası, yaşlanma dərəcəsi, istismar qaydalarına düzgün riyayət və .s məqamlardan ciddi aslıdır. Lakin toplam orta hesabla 100 AZN günlük xərclər yaranır.
Aqrar sektorumuz “Araz”və “Oba” marketlərlə necə inkişaf edir?
Bir Oba marketin ortalama soyutma sistemləri üçün bir günlük elektrik xərcləri məhsulların soyudulması üçün gündəlik ortalama 12 AZN təşkil edir. Daxili tempraturun elekrtik sərfiyyat xərci isə 10 AZN civarındadır.

Bütün bu xərclərə baxmayaraq istər “Oba”, istərsə də “Araz” Marketlərdə biz “qara bazarla” eyni qiymətə kənd təsərrüfatı məhsullarını əldə edə bilirik.

Gündəlik əsas ərzaqların siyahısında ət və süd məhsuları da var. Bu məhsulların standartlara uyğun saxlanılması çox vacibdir. Ət və süd məhsulları ekoloji təmizlik, istifadə müddətinin mütləq nəzərə alınmalı olan əsas qida növlərindəndir.
Ət məhsullarının qablaşdırılması, müştəriyə təqdim edilməsində əsas rolu ixtisaslı qəssablar həyata keçirir. “Araz” marketlərdə düzgün kəsim, doğrama, qablaşdırma və sair işləri görən ixtisaslı qəssabların sayı 284 nəfərdir.
Gün ərzində “Araz” marketlərdə ortalama 208 min manatlıq süd məhsulu satılır. Bu kifayət qədər ciddi rəqəmdir. Çünki satış həcminin formalaşması nəticə etibarilə də bu sektorun inkişafında mühim rol oynayır.
Aqrar sektorumuz “Araz”və “Oba” marketlərlə necə inkişaf edir?
Beləliklə də biz “Araz” və “Oba” marketlərin aqrar sektorun inkişafında nə qədər vacib rol oynadığını görürük. Dənli bitkilərdən tutmuş, ət və südçülük təsərrüfatlarının inkişafına qədər bu marketlər şəbəkəsi çox mühim rol oynayır.
Sabit bazar tələbi, fermerlərin güvənli satış bazalarına inteqrasiya edilməsi, yerli təsərrüfatların inkişaf rəqabətliliyinin formalaşdırılması baxımından “Araz” və “Oba” marketlərin rolu çox böyükdür.
Və nəhayət ən vacib məqam vergi şəffaflığının təmin edilməsində nagdsız əməliyyatların təşviqi genişlənir.
Kifayət qədər böyük olan kənd təsərrüfatı məhsullarının satış bazarında rəsmi iş yerləri formalaşır. Və bütün bunlar da ümumilikdə ölkəmizin qeyri-neft sektorunun inkişafında əvəzsiz töhvədir.

Gundem.info.az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
127 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...