Azərbaycanda 225 min nəfər pulu olmadığı üçün ərzağı nisyə alıb

  Azərbaycanda 225 min nəfər pulu olmadığı üçün ərzağı nisyə alıb2025-ci ildə Azərbaycanda təxminən 184,4 min nəfər doyunca yemək yeyə bilməyib.
Yeniavaz.com açqılanan rəsmi m əlumatlara istinadən xəbər verir ki, yemək üçün kifayət qədər pulu olmayan və ya digər ehtiyatların (mənbələrin) olmaması səbəbindən ac ola-ola doyunca yemək yeyə bilməyən ev təsərrüfatlarının onların ümumi sayında xüsusi çəkisi 1,8%-ə bərabərdir.
Qeyd edək ki, 1 noyabr 2025-ci ildə Azərbaycan əhalisinin sayı 10 milyon 257 min olub. Hər bir ev təsərrüfatının payına orta hesabla 4,19 nəfərin düşdüyünü nəzərə alsaq, ölkədə təxminən 2 milyon 445 min ev təsərrüfatı olur. Ev təsərrüfatlarının 1,8%-i isə təxminən 44 minə bərabərdir. Bu da o deməkdir ki, 2025-ci ildə Azərbaycanda təxminən 184,4 min nəfər ac olduğu halda doyunca yemək yeyə bilməyib.
Bundan başqa pulu olmadığı üçün bütün sutka ərzində yemək yeməyənlərin sayı 30 min 734 nəfər, qidalanmaq üçün məcbur qalıb pul və ya ərzağı borc alanların sayı 215 min nəfər, pulun olmadığı üçün ərzaq məhsullarını nisyə alanların sayı isə 225 min nəfər olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
0 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...