Bayrama görə verilən pul kimə, necə veriləcək? - Dəqiq izah
"Gundeminfo" xəbər verir ki, bu sözləri iqtisadçı alim, deputat Vüqar Bayramov qeyd edib.
O, sərəncamın icrası ilə bağlı ünvanlanan vacib suallara bu cür cavablandırıb:
- Kimlərə yardımlar ödəniləcək?
- Sərəncam hazırda aktiv ünvanlı sosial yardım alan ailələlərə şamil olunacaq. Yəni, hazırda sözgüdən proqramın iştirakçısı olanlar həmin yardımı almaq imkanına malik olacaqlar. Bu isə o deməkdir ki, yardımlar 76 min ailəyə şamil olunacaq.
- Yardımlar necə ödəniləcək?
- Yardımların alınması üçün hər hansı yeni karta ehtiyac yoxdur. Ünvanlı sosial yardım alan ailələrin mövcud kartlarına pulun ödənilməsi həyata keçiriləcək.
- Yardımların alınması üçün hara müraciət etməli?
- Yardımların təyinatı və ödənilməsi proaktivdir. Bu o deməkdir ki, mövcud elektron baza əsasında yardımların kartlara ödənilməsi reallaşacaq.
- Digər sosial proqramlarda iştirak edənlər bu yardımı ala bilərlərmi?
- 200 manatlıq birdəfəlik maddi yardım yalnız ünvanlı dövlət sosial yardımı alan ailələrə şamil olunur.
- Ünvanlı sosial yardıma müraciət edən, amma hələlik yardım təyin olunmayan ailələrə 200 manat ödəniləcəkmi?
- 200 manatlıq birdəfəlik maddi yardım ünvanlı dövlət sosial yardımı artıq təyin olunmuş ailələrə şamil olunur.
19 dəfə oxundu











