Tərtər Rayon İcra Hakimiyyətində növbəti aparat müşavirəsi keçirilib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun sədrliyi ilə keçirilən müşavirədə rayon icra hakimiyyəti başçısı aparatının əməkdaşları, Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mehman Babayev, İƏD üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak ediblər.
Müşavirədə vətəndaş müraciətlərinə müvafiq qanunvericiliyin tələblərinə uyğun operativ baxılması və vətəndaş məmnunluğunun təmin olunması, şəhid və qazi ailələrinin problemlərinin və sosial qayğılarının öyrənilib həlli istiqamətində tədbirlərin görülməsi, DNİS üzrə tapşırıqların icra vəziyyəti, bələdiyyələr tərəfindən vergilərin yığılması, əhali arasında daşınmaz əmlakların sığortalanması üçün maarifləndirmə işlərinin aparılması, ev təsərrüfatlarının uçotu işinin aparılması, şöbələr üzrə verilmiş tapşırıqların icra vəziyyəti, yerlərdə səyyar qəbulların təşkili, rayon ərazisində aparılan tikinti işlərinin mövcud qanunvericiliyə və şəhərsalma-arxitektura tələblərinə uyğunluğu məsələləri müzakirə olunub.
Həmçinin əkin sahələrinin suvarılmasında növbəliliyin təmin olunması, aqrar sahədə mövsümi işlər, pambıq əkini üçün müqavilələrin bağlanması, əkinlərin bəyan olunmasının sürətləndirilməsi, Tərtər şəhəri və bütün yaşayış məntəqələrində yolkənarı ərazilərin təmizlik-abadlıq işləri, şəhid ailələrinin ziyarət olunması və sosial problemlərinin həllinə köməklik, yas mərasimlərində ehsanın sadələşdirilməsi ilə bağlı vətəndaşlarla maarifləndirici söhbətlərin aparılması məsələləri müzakirə olunub.
Rayon rəhbəri tərəfindən müzakirə olunan məsələlərlə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilib.
18 dəfə oxundu












