Elektrik və qaz ödənişində yeni DƏYİŞİKLİK - 1 manat sabit tarif necə ALINIR?
Gundem.info.az xəbər verir ki, məsələ ilə bağlı “Azərişıq” ASC-dən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, mənzillərə göndərilən bildirişlərdə sabit tarif əlavə olaraq qeyd edilir.
Yəni istifadə edilən elektrik enerjisinə görə yaranan məbləğlə sabit tarif üzrə aylıq 1 manat hesablanır və ödəniləcək son məbləğdə cəmlənir.
Qeyd edək ki, ötən il “Qaz və elektrik enerjisinin sərfiyyatı haqqında” Qanuna dəyişikliklər edildi və bu dəyişikliklər bu il yanvarın 1-dən qüvvədədir.
2 dəfə oxundu










