“Vizasız Tur” tələsinə düşən Azərbaycan vətəndaşı Kobudluqla üzləşdi
32gun.az yazır ki, Şirkət rəsmiləri müştərinin Azərbaycan vətəndaşı olduğunu ən başından bilsələr də, bəzi ölkələrdən keçid üçün mütləq viza tələb olunduğunu gizlədərək turu ona "vizasız" kimi satıblar. İyunun 2-də sərhəd-keçid məntəqəsində viza problemi ucbatından ölkəyə buraxılmayan və geri qaytarılan Sahibə xanım böyük maddi və mənəvi zərərə uğrayıb. Geri qayıtmaq üçün cibindən əlavə olaraq 16 500 TL bilet pulu ödəmək məcburiyyətində qalan və tura ümumilikdə 48 000 TL xərcləyən vətəndaşımız cəmi 1 gün istifadə edə bildiyi turun pulundan ən azı 30 000 TL-nin geri qaytarılmasını tələb edib.
Lakin turizm şirkəti öz səhvini və məlumatsızlığını qəbul etmək əvəzinə, zərərçəkmiş müştərini günahlandırmağa başlayıb. Problemi həll etmək üçün şirkətin Kadıköydəki ofisinə yollanan Sahibə xanım burada daha böyük şokla qarşılaşıb. Ofisdə özünü baş direktor kimi təqdim edən şəxs müştəriyə qarşı son dərəcə aqressiv və kobud davranıb, uca səslə qışqıraraq az qala fiziki zorakılığa əl atacaq dərəcədə hədə-qorxu gəlib. Sonda isə həm pulu mənimsənilən, həm də təhqir olunan Azərbaycan vətəndaşı "ofisdən rədd ol, kimə istəyirsən şikayət et" deyilərək qovulub. Hazırda ciddi mağduriyyət yaşayan Sahibə xanım həm itirdiyi pulların və əlavə bilet xərclərinin geri qaytarılmasını, həm də ona qarşı hörmətsizlik edən şirkət rəhbərliyi barəsində hüquqi müstəvidə lazımi araşdırmaların aparılmasını tələb edir.
Ayaz
16 dəfə oxundu











