Ağdamda əfsanəvi kəşfiyyatçı "Xanı"nın xatirəsinə həsr olunmuş yarış keçirildi
Gundeminfo.com xəbər verir ki, 08 iyul 2026-cı il tarixində Ağdam Olimpiya İdman Kompleksində “Xanı” ləqəbli əfsanəvi kəşfiyyatçı, şəhid baş gizir Səyyaf Əhmədovun xatirəsinə həsr olunmuş Alpaqut Turan döyüş sənəti üzrə I Açıq Qarabağ turniri keçirilib. Turnirdə Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Xəqani Nəzərov, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Turnir əvvəlcə Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunmuş, Ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra çıxış edən RİH başçısının müavini Xəqani Nəzərov ölkəmizdə idmana göstərilən dövlət qayğısından, idmançılara yaradılmış şəraitdən bəhs edərək yarış iştirakçılarına uğurlar arzulamışdır. Yarışın sonunda qaliblər mükafatlandırılmışdır.
26 dəfə oxundu










