Abşeron rayonunda şəhidlərimiz və onların ailə üzvləri ziyarət olunub

Abşeron rayonunda şəhidlərimiz və onların ailə üzvləri ziyarət olunubXalqımızın döyüş meydanında düşmən üzərində şanlı qələbə qazandığı Vətən Müharibəsində, o cümlədən düşmənin hərbi təxribatlarının qarşısını alarkən şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımız Abşeron rayonunda növbəti dəfə yad edilib, onların anım və doğum günlərində məzarları ziyarət olunub, övladlarına və ailə üzvlərinə baş çəkilib, doğum günlərində iştirak edilib.

Şəhidlərimizin anım tədbirlərində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, RİH-in məsul əməkdaşları, şəhid ailələri və müharibə iştirakçıları iştirak edib.

Vətənimizin bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımız - Musayev Vüsal Zakir oğlu, Hacıyev Elnur Yaqub oğlu, Hüseynov Rəhim Qədir oğlu, Paşayev Elsevər Vaqif oğlu, Salmanov Azər Vəfadar oğlu, Useynov Ceyhun Elşad oğlu, Həsənov Elşad Paşa oğlu, Hüseynov Rəşad Rəhim oğlu, İşiyev Rəfail Əhmədağa oğlu, Abdullayev Vüsal Şakir oğlu, Müslümov Elşən Habil oğlu, Xəlilov Namiq İlyas oğlu, Həsənli Elçin Vaqif oğlu, Ələkbərov Röyal Fərmayıl oğlu, Nəbizadə Rüfət Ağayar oğlu, Bahadurov Anar Süleyman oglu, Əsədov Əsəd Cəmaləddin oğlu, Əhmədov Bəhruz Səttar oğlu, Həsənov Fariz Şahin oğlu, Bərxudarov Toğrul Məmməd oğlu, Hüseynov Rəhim Qədir oğlu, Paşayev Elsevər Vaqif oğlu, Abdullayev Rəşad Arif oğlu, Xəlilov Turqut Nadir oğlu, Mikayılov Azər Əmrah oğlu, Əliyev Fəzail Cahan oğlu, Qəsəbov İsmayıl Nəbi oğlu, Hacıyev Elnur Yaqub oğlu, Vəliyev Elyar Arif oğlu, Qarazadə Nicat Malik oğlu, Paşayev Daşdəmir Əlizamin oğlu, Əsgərov Xəqani Səfa oğlu, Xəlilov Ruhin Müzəffər oğlu, Bərxudarov Toğrul Məmməd oğlu, Vəliyev Oruc Ramiz oğlu, Əlizadə Qurbani Ziyafəddin oğlu, Mehdiyev Rəşad Rəhman oğlu, Həsənov Əsəd Fərhad oğlu, Vəliyev Oruc Ramiz oğlu, Useynov Ceyhun Elşad oğlu, Hüseynov Rəşad Rəhim oğlu, Ağayev Ramiq Təhsin oğlu, Rəhimov Rəşad İlqar oğlu, Musayev Sahib Musa oğlu, Atayev Nicat Habil oğlu, Zalov Vidadi Nizami oğlu, Rəhimov Ülvi Rabil oğlu, Hacıyev Ramid Nəriman oğlu, Məmmədli Fazil Razim oğlu, Abbasov Fərrux Azər oğlu, Cəfərov Balaş Namiq oğlu, Manafov Qiyas Ramil oğlu, İlyasov Fərid İbad oğlunun özlərinin və ailə üzvlərinin doğum günlərində şəhidlərimizin məzarları onların yaxınları ilə birgə ziyarət olunub, məzarları üzərinə çiçəklər düzülərək xatirələri ehtiramla yad edilib, ruhlarına dualar oxunub. Şəhidlərimizin əvvəllər yaşadıqları evlərinə baş çəkilib, onların ailə üzvləri ilə görüşülərək qayğıları ilə maraqlanılıb. Dominos pizza

O cümlədən Milli Qəhrəmanlarımız Polad Haşımovun və Mübariz İbrahimovun ildönümləri ilə əlaqədar məzarlarına baş çəkilib, xatirələri ehtiramla yad edilib.

Anım günlərində, eləcə də şəhid ailələri ilə görüşlərdə RİH başçısı Abdin Fərzəliyev Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, şəhidlərimizin və qazilərimizin şücaəti ilə Azərbaycan xalqının düşmən üzərində qazandığı şanlı qələbədən danışıb. Şəhidlərimizin, igidlərimizin şücaətindən, ordumuzun düşməni diz çökdürən qəhrəmanlıqlarından söz açan Abdin Fərzəliyev işğaldan azad olunan rayon və kəndlərimizdə surətli şəkildə bərpa-quruculuq işlərinin aparıldığını və soydaşlarımızın böyük sevinclə öz yurdlarına döndüyünü vurğulayıb.

Şəhid ailələri də öz növbələrində onlara daim diqqət və qayğının göstərildiyini, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində müxtəlif tədbirlərin keçirildiyini qeyd edərək, bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
9 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...