Nazirlik: Attestasiyadan kəsilən bəzi kitabxana işçilərinin ixtisasartırmaya cəlb olunması mümkündür

Nazirlik: Attestasiyadan kəsilən bəzi kitabxana işçilərinin ixtisasartırmaya cəlb olunması mümkündür"Attestasiya prosesində məqsəd həmkarlarımızın peşə hazırlığının yoxlanılmasıdır".

APA xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov kitabxana sistemində İT mütəxəssislərinin attestasiyası ilə bağlı keçirilən brifinqdə bildirib.

O bildirib ki, hazırlığın qiymətləndirilməsi zamanı yalnız biliklərin yoxlanılması deyil, eyni zamanda hər hansı əlavə ixtisasartırmaya və ya əlavə təlimlərə ehtiyacın olub-olmaması da öyrənilir:

“Bu səbəbdən müəyyən hallarda bəzi kateqoriyadan olan attestasiya iştirakçılarının təlimə göndərilməsi və yaxud əlavə ixtisasartırmaya cəlb olunması mümkündür. Bütün bunlar, təbii ki, yekun statistikalar müəyyən edildikdən, Attestasiya Komissiyasının yekun rəyi və nəticələri elan olunduqdan sonra müəyyənləşdiriləcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
7 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...