Gəncə Dövlət Universitetinə 147 min manata görün nə alınır?

Gəncə Dövlət Universitetinə 147 min manata görün nə alınır?
GDU-dan "10 manatlıq" şirkətə 147 min manatlıq TENDER: Rektor kimyaçıdır, alınanlar da kimyəvi maddələrdir.

"Gəncə Dövlət Universiteti" Publik Hüquqi Şəxsi müxtəlif sərfiyyat mallarının (laboratoriya reaktivləri və kimyəvi maddələr) satın alınması ilə bağlı keçirdiyi tenderə yekun vurub.

32gun.az-ın verdiyi məlumata görə, 147.279,77 AZN dəyərində olan tenderin qalibi "NEOSOL" Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib.
Satınalma çərçivəsində tədris və tədqiqat işlərində istifadə olunacaq ftal turşusu, sidik cövhəri, lakmus kağızı, kalium metalı, salisil aldehidi və digər müxtəlif kimyəvi reaktivlərin alınması nəzərdə tutulur.

Diqqətçəkən məqamlardan biri qalib gələn "NEOSOL" MMC-nin nizamnamə kapitalının cəmi 10 AZN olmasıdır. Şirkətin qanuni təmsilçisi Pərviz Saleh oğlu Cəfərovdur.
Qeyd edək ki, Gəncə Dövlət Universitetinin rektoru kimya elmləri doktoru, professor Yusif Əmiralı oğlu Yusibovdur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
7 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...