“Sabah” Çempionlar Liqasında hansı klublarla qarşılaşa bilər?

 “Sabah” Çempionlar Liqasında hansı klublarla qarşılaşa bilər?Xəbər verdiyimiz kimi, Azərbaycan çempionu “Sabah” UEFA Çempionlar Liqasının liqa mərhələsində mübarizə aparacaq.
Yeniavaz.com xəbər verir ki, “Sabah”ın liqa mərhələsindəki rəqibləri avqustun 27-də keçiriləcək püşkatmada müəyyənləşəcək.
Püşkatma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Ümumilikdə 36 komandanın iştirak edəcəyi liqa mərhələsində hər klub səkkiz fərqli rəqiblə qarşılaşacaq.
Hazırkı bölgüyə görə “Sabah” 4-cü səbətdə yer alacaq. Komanda hər səbətdən iki rəqiblə üz-üzə gələcək. Buna görə Azərbaycan çempionunun ən güclü rəqibləri arasında PSJ, “Real Madrid”, “Bayern”, “Liverpool”, “Manchester City”, “Barcelona” və “Arsenal” kimi klubların olması mümkündür. İkinci səbətdən isə “Manchester United”, “Borussia Dortmund”, “Roma”, “Porto”, “Sporting” və “Aston Villa” kimi komandalar rəqib ola bilər.
Üçüncü səbətdə “Napoli”, “RB Leipzig”, “Villarreal”, “Feyenoord”, “Lill”, “Şaxtyor”, “Qalatasaray” və “Fənərbağça” – “Lion” cütünün qalibi yer alır. Dördüncü səbətdə isə “Ştutqart”, “Komo”, “Lans”, “Slovan Bratislava” – “Çelsi” və “AEK Afina” – “Levski Sofiya” cütlərinin qalibləri, həmçinin “Sabah” yer alacaq.
Qeyd edək ki, püşkatma nəticəsində “Sabah” ümumilikdə səkkiz rəqiblə qarşılaşacaq və bu oyunların yarısını evdə, yarısını isə səfərdə keçirəcək. Çempionlar Liqasının 2026/27 mövsümünün liqa mərhələsi sentyabrın 8-də başlayacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
8 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...