Əfv sərəncamı ilə azadlığa çıxan Türkiyə vətəndaşları Prezidentə təşəkkür ediblər

Əfv sərəncamı ilə azadlığa çıxan Türkiyə vətəndaşları Prezidentə təşəkkür ediblər"Əfv sərəncamı ilə azadlığa qovuşduğum üçün böyük sevinc hissi keçirirəm. Buna görə Prezident İlham Əliyevə təşəkkür edirəm".

APA xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasında əfv sərəncamının icrası zamanı azadlığa çıxan Türkiyə vətəndaşı Salih Özdemir deyib.

O, cəza çəkdiyi müddətdə göstərilən münasibətdən razı qaldığını deyib: "Bizə qarşı münasibət hər zaman normal olub. Heç bir narazılığım olmayıb".

Əfv sərəncama uyğun olaraq azadlığa çıxan digər Türkiyə vətəndaşı Mehmet Demir də Prezident İlham Əliyevə təşəkkürünü bildirib. O, təxminən 18 aydır cəza çəkdiyini deyib:

“Etdiyim cinayətə görə çox peşmanam. Hər kəsə cinayətdən uzaq olmağı arzulaylıram. Biz peşmanıq, kiminsə peşman olmasını istəmərik”.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 19 şəxs, azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Əfv olunanlar arasında 5 əcnəbi, eyni zamanda 2 Türkiyə vətəndaşı da var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
5 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...