Heydər Camal Almatıda dəfn edilib FOTOLAR

Rusiya İslam Komitəsinin sədri, ictimai xadim, ilahiyyatçı və filosof Heydər Camal bu gün Qazaxıstanın Almatı şəhərində torpağa tapşırılıb. APA-nın məlumatına görə, bu barədə komitənin “VKontakte” sosial şəbəkəsindəki səhifəsində bildirilib. Mərhumla vidalaşmaq üçün onlarla insan Almatının Bağanaşıl qəbiristanlığına toplaşıb. Mərasim müsəlman adət-ənənələri ilə baş tutub. Yerli hakimiyyət orqanlarının əməkdaşları, Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin nümayəndələri mərasimdə iştirak etməyib.
Qeyd edək ki, Rusiya İslam Komitəsinin sədri, ilahiyyatçı filosof Heydər Camal 1947-ci ildə Moskvada anadan olub. Onun atası azərbaycanlı Cahid Camal, anası isə rus İrina Şapovalovadır. Onun rəhbəri olduğu Rusiya İslam Komitəsi ötən əsrin 90-cı illərində yaranıb. H. Camal, həmçinin 1990-1994-cü illərdə fəaliyyət göstərmiş İslam Dirçəliş Partiyasının yaradıcılarındandır.
Heydər Camal bir neçə kitabın müəllifidir. O, dünən müalicə olunduğu Almatı şəhərində vəfat edib.
1151 dəfə oxundu













