Partlayan zavodda yaralanan ikinci qadın da vəfat etdi
![Partlayan zavodda yaralanan ikinci qadın da vəfat etdi Partlayan zavodda yaralanan ikinci qadın da vəfat etdi](/uploads/posts/2015-07/1436263080_za.jpg)
Dünən səhər saatlarında Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində fəaliyyət göstərən Telemexanika zavodunda baş verən partlayışda yanıq xəsarəti alan qadınlardan daha biri bu gün vəfat edib. Bu barədə Musavat.com-a məlumatlı mənbə xəbər verib. Onun sözlərinə görə, partlayışda xəsarət alan 19 nəfərdən 13-ü ilk tibbi müdaxilənin ardından evlərinə buraxılsa da, 6 nəfərin stasionar qaydada müalicəsi davam edirdi və onlardan bir neçəsi Bakıya gətirlmişdi. Bu gün isə onlardan biri müalicə aldığı klinikada vəfat edib. Mərhum qadının ad-soyadını bir qədərdən sonra yazacağıq.
Qeyd edək ki, ağır xsarət alanlar aşağıdakılardır.
1966-cı il təvəllüdlü Əbilova Mehparə Qurban qızı (yanıq xəsarəti)
1961-ci il təvəllüdlü Muradova Gülnarə Vəlixan qızı (yanıq xəsarəti)
1971-ci il təvəllüdlü Səttarova Xatirə İnşallah qızı (ağır vəziyyətdə reanimasiyadadır)
1964-cü il təvəllüdlü Vəliyeva Həlimə Ordu qızı (yanıq xəsarəti)
1960-cı il təvəllüdlü Rzayeva Şərqiyyə Ədalət qızı (yanıq xəsarəti)
1973-cü il təvəllüdlü Mehdiyeva Zülfiyyə Kamal qızı (yanıq xəsarəti).
1317 dəfə oxundu