"Şamaxinka"da "Milli ön" problemi - aparatlar işləmir, sərnişinlər gecikir

"Şamaxinka"da "Milli ön" problemi -

Bakı şəhəri Moskva prospektində ("Şamaxinka” kimi tanınan ərazi) yerləşən dayanacaqdakı "Milli ön” aparatlarının işləməmsi səbəbindən nəqliyyat kartına pul yükləmək istəyən insanların böyük növbəsi yayılıb. Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Sakinlər bildiriblər ki, insan axınının böyük olduğu ərazidəki 3 aparatdan yalnız "BakıKart”a məxsus olanı işləyir. Digər iki aparat isə nasazlıq səbəbindən işləmir.

Qeyd edilib ki, bu kimi hallar həmin ərazidə tez-tez baş verir və sərnişinlər kartlarına vəsait yükləyə bilmədiyindən getmək istədikləri ünvana gecikirlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
946 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...