Təhsil naziri: "Ölkədə təhsillə elm arasında əlaqələr genişlənib"

Təhsil naziri: "Ölkədə təhsillə elm arasında əlaqələr genişlənib"

"Azərbaycanda təhsillə elm arasında əlaqələr genişlənib". APA-nın xəbərinə görə, bunu Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) AMEA prezidenti, akademik Akif Əlizadəyə universitetin fəxri professoru diplomunun təqdimatı zamanı təhsil naziri Ceyhun Bayramov deyib. O bildirib ki, son dövrlər ADNSU-nun nüfuzu artıb. Universitetdə xarici dildə tədris aparılan ixtisasların 4-dən 19-a yüksəldiyini xatırladan nazirin sözlərinə görə, ADNSU-nun balansında olan ərazidə tələbələr üçün yataqxana kompleksinin tikintisi davam edir: "Növbəti tədris ilində yataqxanın istifadəyə verilməsi planlaşdırılır. Qeyd edim ki, universitetin ikinci korpusu də təmir ediləcək".


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
810 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...